Mövlayev Seymur Aydın oğlu - Sədr

Seymur Aydın oğlu Mövlayev 25 avgust 1987-ci ildə anadan olub.

2004-2009-cu illərdə Bakı Dövlət Universitetinin Regionşünaslıq üzrə bakalavr təhsili alıb.

2010-2012-ci illərdə Bakı Dövlət Universitetinin Regionşünaslıq üzrə magistr təhsili alıb.

2012-2013-ci illərdə "Fortuna-2000" MMC-də merçendayzer vəzifəsində çalışıb.

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində   baş məsləhətçi vəzifəsində çalışıb.

2014-2018-ci illərdə 3 saylı Bakı ASAN Xidmət mərkəzində direktor vəzifəsini icra edib.

2018-2019-cu illərdə "Aqrolizinq" ASC-də idarə heyətinin sədri olub.

25 may 2019-cu ildən- hal-hazıradək Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsini icra edir.

Subaydır.