Rzayev Bayandur Şahbaz oğlu – Müavin

 

Bayandur Şahbaz oğlu Rzayev 13 fevral 1974-cü ildə anadan olub.

1991-1996-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında Baytarlıq təbabəti üzrə təhsil alıb.

2012-2016-cı illərdə Azərbaycan Dövlət Aqrar Universitetində İqtisadiyyat üzrə bakalavr təhsili alıb.

1990-cı ildə Gəncə Yüngül Sənaye Texnikumunun  bağban vəzifəsində çalışıb.

1996-1997-ci illərdə Samux rayon Qaragül kəndli-fermer təsərrüfatının  baytar texniki vəzifəsində çalışıb.

1997-2007-ci illərdə Samux rayon Qaragül kəndli-fermer təsərrüfatınin baytar həkimi olub.

2004-2007-ci illərdə F.Ə.Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun aspirantı olub.

2007-2011-ci illərdə F.Ə.Məlikov adına Azərbaycan Elmi-Tədqiqat İnstitutunda  kiçik elmi işçisi vəzifəsində çalışıb.

2012-2018-ci illərdə Gəncə Şəhər Baytarlıq İdarəsində rəis müavini vəzifəsini icra edib.

2018-2019-cu illərdə DBX-nin rəisi vəzifəsində çalışıb.

10 iyun 2019-cu ildən hal-hazıradək  Aqrar Xidmətlər Agentliyinin sədr müavinidir.

Evlidir, üç övladı var.