Beynəlxalq əməkdaşlıq

Beynəlxalq Əməkdaşlıq:

 

Beynəlxalq təşkilatların, o cümlədən Türkiyə İqtisadi Əməkdaşlıq Agentliyinin (TİKA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq dənizi Təşkilatının (EPPO), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ), Ümumdünya Ticarət Təşkilatı (ÜTT) katibliyinin, Biki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (İPPC) Fitosanitar Tədbirlər Komissiyasının plenar iclaslarında Dövlət Xidməti -nin əməkdaşları təmsil olunmuşdur. Azərbaycan Respublikasının “Fitosanitar nəzarəti haqqında” Qanununun, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Sanitar və Fitosanitar Tədbirlərin tətbiqi üzrə Sazişinin (SFS) tələblərinə, Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması prosesi davam etdirilir. 
Avropa İttifaqının Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində fitosanitariya sahəsində Tvinninq layihələrində Dövlət Xidməti iştirak edir.
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən “Uyğunsuzluq Barədə Notifikasiya (Bildiriş) və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi haqqında təlimat”, “Beynəlxalq ticarətdə oduncaq qablaşdırma materiallarının tənzimlənməsi haqqında təlimat” və “Fitosanitar təhlükə törədə bilən bitkiçilik məhsulları, digər karantin nəzarətində olan materiallar və ya zərərli orqanizmlər haqqında Azərbaycan Respublikasının Notifikasiyası (bildiriş)» hazırlanmış və Dövlət Xidməti tərəfindən təsdiq edilmişdir.
2006-cı ildə Bakıda Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatı tərəfindən Şərqi Avropa və rus dilli ölkələr üçün 13-cü konfrans-seminar keçirilmişdir.
2008-ci ildə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İran İslam Respublikasının Kənd Təsərrüfatı Cihadi Nazirliyi arasında əməkdaşlığa dair Protokol imzalanmışdır. Protokolda bitki mühafizəsi və karantini sahəsində də əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. 
2008-ci ildə Bakı şəhərində Orta Asiya, Azərbaycan və Türkiyə Respublikalarının nümayəndələrinin iştirakı ilə «Köhnəlmiş pestisidlərin ehtiyatı və idarə olunması» problemi üzrə regional seminar keçirilmişdir. 
2011-ci ildə Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatının, Bitki karantini üzrə MDB ölkələrinin Koordinasiya Şurasının növbəti Konfranslarının Bakı şəhərində keçirilmişdir. 
2014-cü ilin 28-30 aprel tarixlərində Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) tərəfindən Bakı şəhərində elektron sertifikatlaşmaya dair beynəlxalq seminar keçirilmişdir. 
2011-ci ilin 7-9 sentyabr tarixlərində Qəbələ şəhərində Xı Pestisid forumu keçirilmişdir. 

Konvensiyalar:

1. Azərbaycan Respublikasının 14 mart 2000-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası “Bitki Mühafizəsi haqqında” (ıPPC) 1951-ci il dekabrın 6-da Roma şəhərində qəbul edilmiş Beynəlxalq Konvensiyaya qoşulmuşdur. 
2. Azərbaycan Respublikasının 01 fevral 2007-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası “Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatının yaradılması haqqında” Konvensiyaya (EPPO) ona dair bəyanat ilə qoşulmuşdur. 
3. Azərbaycan Respublikasının 09 dekabr 2003-cü il tarixli Qanunu ilə Azərbaycan Respublikası “Davamlı Üzvi Çirkləndiricilər haqqında” 22 may 2010-cu il tarixli Stokholm Konvensiyasına qoşulmuşdur. 
4. Azərbaycan Respublikasının 16 fevral 2001-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” 22 mart 1998-ci il tarixli Bazel Konvensiyasına qoşulmuşdur. 
5. Azərbaycan Respublikası Kodeks Alimentarius Komissiyasına 12 yanvar 2011-ci il tarixdə üzv seçilmişdir. 
6. Azərbaycan Respublikası “Müəyyən zəhərli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində əvvəlcədən razılığın verilməsinə dair” Rotterdam Konvensiyasına qoşulmaq ərəfəsindədir.