Avstraliya şırımlı yastıcası

 

AVS­­TRA­­LİYA ŞI­­RIM­­LI YAS­­TI­­CASI 

(İceriya purchasi  Maskell)

Polifaq zə­­rər­­ve­­rici 65 ağac və kol bitkisi cinsləri ilə qidalanır.  Əsa­­sən sit­­rus bit­­ki­­­­rinə, eləcə də aka­­siya, əncir, nar, ga­­valı, armud, şaf­­talı s. cinslərdən olan ağac­­lara cid­­di zi­­yan vurur. Yas­­­­caya respublikanın bir çox rayonlarında, əsasən də Xaçmaz, As­­tara Ab­­şe­­ron ra­­yon­­la­­rın­­da rast ­­li­­nir. Zərərverici daxili karan obyektidir.

Dişi fər­­di­­nin uzun­­luğu 6 mm olub, bə­­dəni oval­­şə­­kil­­li və çox­­say­­lı qara tükcük­­lər­­lə ör­­tül­­müş­­dür, üst tə­­rəf­­dən qır­­mı­­zım­­tıl-qəh­­vəyi, alt tə­­rəf­­dən par­­laq na­­rıncı rəng­­də­­dir. Er­­kək fər­­din bə­­dəni tünd qır­­mızı, qa­­nad­­ları bo­­zum­­tul rəng­­də­­dir. Digər

yastıcalardan fərqli olaraq, ayaqlarını və qismən hərəkətliliklərini bütün ömrü boyu saxlayırlar. Axırıncı yaş sür­­fə­­ləri və yet­­kin di­­şi­­ləri ağac­­la­­rın üzə­­rin­­də qış­­la­­yır. Cinsiyyətcə yetişkən dişi fərdlərdə ağ qabırğalı yumurta kisələri (ovisak) formalaşır. May ayın­­da dişi fərd­­lər kisələrə yu­­mur­­ta qoy­­mağa baş­­la­­yır,  50-2000 və daha çox yu­­mur­­ta qoya bilir. Bü­­tün ve­­ge­­ta­­siya döv­­rün­­də yu­­mur­­ta qo­­yan di­­şi­­lərə, yu­­mur­­ta və sür­­fə­­lərə rast gə­­li­­nir. Temperatura şəraitindən asılı olaraq embrional inkişaf 4 gündən 60 günədək davam  edir. Yazda temperatura 17-18o C-ə çatdıqda yumurtalardan sürfələrin kütləvi çıxması başlayır. Bir neçə saatdan sonra yumurta kisəsindən ayrılan sürfələr, əsasən gövdə, budaq və zoğların qabıqlarında məskunlaşaraq şirə sormağa başlayırlar. Sürfələr inkişafı dövründa 3 dəfə qabıq dəyişirlər. Azər­­baycan­­da 2-3 nə­­sil ver­­məsi qeyd olu­­nur.

          25o C temperatura və 60-70% nisbi rütubətin olması zərərvericinin inkişafı üçün optimal şərait hesab olunur. Aşağı rütubətlilik yastıca üçün əlverişsizdir. Temperaturanın mənfi 12o C-dən aşağı düşməsi zərərvericinin kütləvi ölümünə səbəb olur. Sürfələr ağacların şirəsini sormaqla onları zədələyirlər. Yas­­tıca­­nın zə­­də­­lə­­diyi ağac­­lar­­da yar­­paq­­lar tö­­kü­­lür, fo­­to­­sin­­tez  zəif­­lə­­yir, məh­­sul­­dar­­lıq aşağı dü­­şür və ağac­­lar tez qu­­ru­­yub məhv olur. Ən çox əkin ma­­teria­­lı və mey­­və­­lərlə  ya­­yı­­lırlar.

Mü­­ba­­rizə təd­­bir­­ləri

·        karantin tədbirlərinə ciddi əməl olunmalıdır, bu zə­­rər­­ve­­rici ilə yo­­lux­­muş sa­­hə­­lər­­dən əkin ma­­teria­­lı­­nın da­­şın­­ması və si­­ra­­yət­­lən­­miş öl­­kə­­lər­­dən əkin ma­­teria­­lı­­nın gətirilməsi qa­­da­­ğan­­dır;

·        yas­­tı­­caya qar­­şı mü­­hüm bio­­loji mü­­ba­­rizə üsulu kimi yırtıcı radolia böcə­­yin­­dən  (Rodolia cardinalis Mulsant)   is­­ti­­fadə olu­­nur. Bu böcək yas­­tıcanı bü­­tün in­­ki­­şaf fa­­za­­la­­rın­­da məhv edə bilir;

·        erkən yazda tumurcuqlar açanadək mineral yağ emulsiyaları  (Preparat 30 və s.) ilə ağaclar çilənməlidir;

·        dərmanlamaya başlamamışdan əvvəl ölü qabıqların, qurumuş və xəstə budaqların toplanaraq yandırılması başlıca şərtlərdəndir;

·        güclü yoluxma zamanı hər nəslə qarşı iki dəfə - 10 gün ara verməklə çiləmə aparılması yaxşı nəticə verir. Etibarlılığı artırmaq məqsədilə, bəzən 7 gün intervalla çiləmələri təkrarlamaq tövsiyə edilir;

·        kiçik sürfə mərhələsində yastıcalara qarşı kimyəvi  mübarizə apardıqda, dərmanlamaların səmərəliliyi yüksək olur. Yaşlı fərdlər əleyhinə dərmanlama məqsədəuyğun deyil;

·        vegetasiya müddətində (çiçəkləmədən əvvəl və sonra)  zərərvericilyə qarşı aşağıdakı preparatların növbələşdirməklə istifadə olunması məsləhət görülür:

a)  fosfor üzvi birləşmələrdən - dimetoat tərkibli (Poligor, Bi-58 novıy  və s.);

b)  malation tərkibli preparatlardan (Malathion EC, Pufanon 57 EC və s.);

          c) neonikotinoid birləşmələrindən - tiametoksam tərkibli (Agrosan SC, Pusula SC və s.); asetamiprid tərkibli (Mostar 20 SP, Mosetam SP, Goldplan 20 SP və s.); imidakloprid tərkibli (Kohinor SC, Confidor SC, İmidagold 350 SC və s.);

          d) peritroid birləşmələrindən-deltametrin tərkibli (Desis EC, Dentis EC və s.);

·        ­rər­­ve­­ri­­ci­­yə qar­­şı kim­­yəvi mü­­ba­­ri­­zə­­nin  vax­­tını düzgün müəyyənləşdirmək

 üçün müntəzəm fitosanitar müşahidələr aparılmalıdır.