DÖRD­LƏ­KƏLİ DƏN­YE­YƏN

(Сal­lo­sob­ruс­hus ma­сu­la­tus F.)

 

Dörd­lə­kəli dən­ye­yən, əsa­sən res­pub­li­ka­nın Sal­yan, Sa­bi­ra­bad, Saat­lı ra­yon­la­rın­da və Şirvan şə­hə­rin­də mü­şa­hidə edil­miş­dir. Çöl­no­xudu, soya, mərcimək, maş, paxla, adi noxud, lob­ya və di­gər dənli-pax­lalı bit­ki­lərə zi­yan vurur. Zə­rər­ve­rici həm tar­la şərai­tin­də, həm də an­bar­lar­da  ar­tıb ço­xa­lır.   Dörd­lə­kəli dən­ye­yə­nin yu­mur­tası oval­vari olub, bir tə­rəfi uzun­sov, uzun­luğu 0,7 mm, eni 0,46 mm-dir. Üst tə­rəfi qa­ba­rıq, alt tə­rəfi yas­tı­dır. Ye­nicə qo­yul­muş yu­mur­ta ağım­tıl rəng­li, şəf­faf olub, üzəri ha­mar­dır.

Sür­fə dörd dəfə qa­bıq də­yi­şir, bə­dəni bi­rin­ci yaş­da 1 mm, axı­rın­cı yaş­da isə 4 mm-dir. Sür­fə­lə­rin üç cüt iki bu­ğum­lu ağ rəng­li ayaq­ları var. Pupu ağ rəng­də, tük­süz­dür. Bə­dəni oval for­mada olub, qa­rın­cı­ğın axı­rın­da da­ra­lır. Yet­kin hə­şə­rat­da baş döş tərəfə əyi­lib, göz­ləri qa­ba­rıq, bığ­cıq­ları təs­beh for­mada ol­maq­la 2 bu­ğum­dan iba­rət­dir. Bu­ğum­lar er­kək­lər­də bir qə­dər uzun, di­şi­lər­də nis­bə­tən qısa olur. Bi­rin­ci və ikin­ci cüt ayaq­la­rın uzun­luğu bir bə­ra­bər­də, dal ayaq­lar isə nis­bə­tən uzun­dur. Bə­də­nin uzun­luğu 3 mm, eni 1,5-1,7 mm-dir.

Yet­kin fərd­lər pup­lar­dan çıx­dıq­dan bir gün son­ra yu­mur­ta qoy­mağa baş­la­yırlar və bu pro­ses 20 günə kimi da­vam edir. Yay möv­sü­mün­də 5, qış­da isə 38 gün ər­zin­də dişi fərd­lər yu­mur­ta qo­yur­lar. Yu­mur­ta­lar tar­lada üzəri açıl­mış yet­kin quru dən­lər, an­bar­lar­da isə sax­lan­maq­da olan to­xum­lar üzə­rinə qo­yu­lur. Hər dən üzə­rin­ə, adə­tən 2-4, müs­təs­na hal­lar­da isə 10-15 ədəd yu­mur­ta qo­yu­lur. Dişi fər­din qoy­duğu yu­mur­ta­nın miq­darı 100 ədədə çatır. On­lar yu­mur­ta­la­rını ək­sər hal­lar­da üzəri ha­mar dən­lərə qo­yur və bu za­man öz­lə­rin­dən xü­susi maye bu­ra­xıb, onun kö­məyi ilə yu­mur­ta­ları dən­lərə ya­pış­dı­rır­lar. Tem­pe­ra­tur­dan asılı ola­raq, yu­mur­tada rü­şey­min in­ki­şafı 5-22 günə başa çatır. Son­ra yu­mur­ta­lar­dan sür­fə­lə­rin çıx­ması baş­la­yır.

Sür­fə­lər çölə çıxmadan, yu­mur­ta qa­bı­ğı­nın  dənə ya­pış­mış his­sə­sin­dən də­nin qa­bı­ğını de­şib, dənin içinə da­xil olurlar. Zə­rər­ve­ri­ci­nin sür­fə və pup fa­za­ları in­ki­şa­fını də­nin da­xi­lin­də başa vurur, bu müd­dət­də 4 dəfə qa­bıq də­yi­şir. Üçüncü qa­bıq­də­yiş­mə­dən son­ra sür­fə də­nin da­xi­lin­də pup ha­lına keç­mək üçün özünə ma­ğa­ra­cıq dü­zəl­dir və onun içə­ri­sin­də dör­dün­cü dəfə qa­bı­ğını də­yi­şib pup­la­şır. Bu fa­zada bö­cək­lər ma­ğa­ra­cı­ğın al­tın­da də­nin qa­bı­ğını gə­mir­mək­lə de­şik açır və ba­yıra çı­xır­lar.

İq­lim şərai­tin­dən asılı ola­raq, zə­rər­ve­rici ildə 7-yə qə­dər nə­sil verir. Hər nə­sil in­ki­şa­fını 40-178 gün­də başa vurur. Gü­nün isti vaxt­la­rın­da bö­cək­lər daha in­ten­siv uçurlar. Mü­la­yim iq­limə ma­lik olan böl­gə­lər­də dən­ye­yən, əsa­sən an­bar­lar­da ar­tıb ço­xa­lır və sax­la­nı­lan dən­ləri zə­də­lə­yir.

 

­ba­rizə təd­bir­ləri

·          aq­ro­tex­niki təd­bir ola­raq zə­rər­ve­rici ya­yı­lan sa­hə­lər­də bit­ki­lə­rin məh­sulu it­ki­siz, həm də vax­tın­da top­la­nıb qısa müd­dət­də sa­hə­dən da­şın­ma­lı­dır;

·           məh­sul dö­yü­lən xır­man­lar­da bit­ki qa­lıq­ları top­la­nıb  yan­dı­rıl­ma­lı­dır;

·          zə­rər­ve­rici ilə yo­lux­muş sa­hə­lər məh­sul yı­ğıl­dıq­dan son­ra dər­hal də­rin şum­lan­malı və yük­sək nor­mada su­va­rıl­ma­lı­dır;

·          dən­lər yal­nız ağzı möh­kəm bağ­lan­mış ki­sə­lərə dol­du­ru­lub sax­la­nıl­ma­lı­dır. Bu təd­bir to­xum­lar içə­ri­sin­dən çıx­mış bö­cək­lə­rin məhv ol­ma­sına sə­bəb olur;

·          ka­ran­tin qo­yul­muş ra­yon­lar­dan di­gər ra­yon­lara dənli-pax­lalı bit­ki to­xum­la­rı­nın gön­də­ril­məsi qa­da­ğan olun­ma­lı­dır;

·          zə­rər­ve­rici aş­kar edil­miş to­xum­lar mü­va­fiq qay­da­lara uy­ğun fu­mi­qa­siya olun­ma­lı­dır.