FİL­­LOK­­SERA

(Viteus vitifolii Fitch.)

Filloksera bərabərqanadlılar dəstəsinin (Homoptera) filloksera (Phylloxeridae) fəsiləsinə mənsubdur. Dün­­ya miq­­ya­­sın­­da üzüm bit­­ki­­si­­nin ən qor­­xulu zə­­rər­­ve­­ri­­cisi olan fil­­lok­­sera  mo­­no­­faq ol­­maq­­la, yal­­nız üzüm bit­­kisi ilə qi­­da­­la­­nır və ona xey­­li zi­­yan vurur.

So­­rucu ağız apa­­ra­­tına ma­­lik olan bu zə­­rər­­ve­­rici tə­­nək­­lə­­rin kök və yar­­paq­­la­­rı­­nın şi­­rə­­sini sor­­maq­­la qi­­da­­la­­nır və sü­­rət­­lə ço­­xa­­lır. İki əsas for­­ması var­­dır: bit­­ki­­nin  kö­­kün­­də ya­­şa­­yan kök for­­ması və yar­­paq­­lar­­da ya­­şa­­yan yar­­paq for­­ması.

Fil­­lok­­se­­ra­­­­nın kök formasının dişi fərd­­lə­­ri­­nin bə­­dəni 1,2-1,5mm uzun­­lu­­ğun­­da  oval­­şə­­kil­­li ol­­maq­­la, sa­­rım­­tıl-qəh­­vəyi rəng­­də­­dir. Zə­­rər­­ve­­ri­­ci­­nin  yar­­paq for­­ması kök for­­ma­­sın­­dan fərq­­lə­­nir. Yet­­kin və nim­­fa fazalarında zə­­rər­­ve­­rici bir cüt mü­­rək­­kəb fa­­set­­li göz­­lərə ma­­lik­­dir. Bə­­dəni cər­­gə ilə dü­­zül­­müş tünd zi­­yil­­lər­­lə əhatə olun­­muş­­dur.

Yu­­mur­­ta­­lar qo­­yul­­duğu ilk gün­­lər qı­­zılı-sarı, son­­ra­­lar qo­­nur olur. Sür­­fə­­ləri qı­­zılı-sa­­rı­­dır, qa­­bıq də­­yiş­­dikcə təd­­ri­­cən qo­­nur rəng alır.

Qa­­nad­­lı və ya ya­­yı­­lan for­­ma­­nın iki cüt şəf­­faf qa­­nad­­ları var. Bə­­dən­­ləri na­­rın­­cı, arxa kü­­rək­­cik­­ləri qa­­ram­­tıl­­dır. Qa­­nad­­lı fil­­lok­­se­­ra­­nın di­­şi­­ləri iki cins­­də yu­­mur­­ta qo­­yur­­lar. Nis­­bə­­tən iri olan yu­­mur­­ta­­lar­­dan dişi fərd­­lər, kiçik olan yu­­mur­­ta­­lar­­dan isə er­­kək fərd­­lə­­rin sür­­fə­­ləri çıxır.

   

Fil­­lok­­se­­ra­­­­nın kök forması bi­­rin­­ci və ikin­­ci yaş­­da olan sür­­fə fa­­za­­sın­­da şeh­­top­­la­­yan və iri kök­­lər üzə­­rin­­də tor­­pa­­ğın 5-20 sm də­­rin­­li­­yin­­də qış­­la­­yır. Yaz­­da zə­­rər­­ve­­rici qış­­la­­dığı yer­­də tor­­pa­­ğın tem­­pe­­ra­­turu 130C-ə qalx­­dıq­­da qış yu­­xu­­sun­­dan ayı­­lıb kök­­lə­­rin şi­­rə­­sini so­­rur və in­­ki­­şa­­fını da­­vam et­­di­­rir. Sür­­fə dörd dəfə qa­­bıq də­­yi­­şib, beş yaş ke­­çi­­rir və son­­ra di­­şi­­lər yu­­mur­­ta qoy­­mağa baş­­la­­yır­­lar. Kök fil­­lok­­se­­rası par­­te­­no­­ge­­ne­­tik (ba­­kirə) yol­­la ço­­xa­­lır. Di­­şi­­ fərdlər ma­­ya­­lan­­ma­­dan 100-140 yu­­mur­­ta qo­­yur və tez­­lik­­lə tə­­ləf olur­­lar. Yu­­mur­­ta­­lar­­dan çıx­­mış sür­­fə­­lər tor­­paq­­da və kök­­lər üzə­­rin­­də asan­­lıq­­la hə­­rə­­kət edir­­lər, on­­lar gəzən sür­­fə­­lər ad­­la­­nır­­lar. Zə­­rər­­ve­­rci 20-30 gün ər­zin­­də in­­ki­­şa­­fını ta­­mam­­la­­yıb, yeni nəs­­lin yu­­mur­­ta­­la­­rını qoy­­mağa baş­­la­­yır.

Yay möv­­sü­­mün­­də tə­­nək­­lə­­rin kök­­lə­­rin­­də fil­­lok­­se­­ra­­nın bü­­tün in­­ki­­şaf fazalarına (yet­­kin, yu­­mur­­ta, sürfə, nimfa) rast gəl­­mək olur. Hava şərai­­ti və üzü­­mün sor­­tun­­dan asılı ola­­raq, res­­pub­­li­­ka­­mız­­da zə­­rər­­ve­­rici ildə 6-7 nə­­sil verir.

Zə­­rər­­ve­­ri­­ci­­nin qi­­da­­lan­­ması nə­­ti­­cə­­sin­­də kök­­lər və on­­ları ör­­tən qa­­bıq­­lar­­da çat­­lar əmələ gəlir. Fil­­lok­­se­­ra­­nın qi­­da­­lan­­ması sa­­yə­­sin­­də ki­­çik (sa­­çaq­­lı) və iri kök­­lər üzə­­rin­­də əmələ gə­­lən fır­­lar və şiş­­lər tə­­nə­­yin təd­­ri­­cən zəif­­lə­­mə­­sinə və nə­­ha­­yət, tam məhv ol­­ma­­sına sə­­bəb olur.

 

Mü­­ba­­rizə təd­­bir­­ləri

 Təəssüf ki, tənək kökləri sirayətləndikdə fillokseranı məhv etmək üçün konktet və səmərəli üsul mövcud deyil, onun əleyhinə ancaq profilaktiki mübarizə tədbirləri həyata keçirilir:

·        fil­lok­se­ra­dan azad zo­na­lara fil­lok­sera yo­lu­xan ərazilərdən əkmək  üçün əkin materialının gə­ti­ril­məsi qa­da­ğan­dır. Gətirilən əkin materialı zərərsiz-ləşdirildikdən sonra sahəyə əkilməlidir. Təsərrüfatlarda fillokseraya davamlı calaqaltılardan istifadə olunmalıdır, davamlı sortlar əkilməlidir;

·        fer­­mer tə­­sər­­rü­­fat­­la­­rın­­da və di­­gər özəl qu­­rum­­lar­­da yeni sa­­lı­­nan üzüm plan­­ta­­si­­ya­­ları zə­­rər­­ve­­rici ya­­yıl­­mış bağ­­lar­­dan 2-3 km aralı ol­­ma­­lı­­dır;

·        sirayətlənmiş tənəklər kökündən çıxarılaraq məhv edilməli, torpaq kimyəvi reagentlərlə dərmanlanmalı və sahəni fillokseradan tam təmizləmək üçün əvvəllər yoluxmuş torpaqlara üzüm qələmləri 5-6 ildən sonra əkilməlidir;

·        üzüm­­lük­­lər­­də ka­­ta­­rov­­ka ad­­la­­nan aq­­ro­­tex­­niki təd­­bir hə­­yata ke­­çi­­ril­­mə­­li­­dir;

·        üzümlükləri qumsal torpaqlarda salmaq daha məqsədəuyğundur, fillok-seranın kök forması qumsal və qumlu torpaqlarda normal inkişaf edə bilmir;

·        qələmlər dərinə əkilməli, zədələnmiş yuxarı kökcüklər kəsilməli, torpağın üst qatı götürülməli və bu qat qumla əvəz olunmalıdır;

·        hər bir üzüm plan­­ta­­si­­yası ay­­rıca su­­va­­rıl­­malı və ora­­dan çı­­xan ar­­tıq su­­yun su­­var­­ma şə­­bə­­kə­­sinə düş­­mə­­sinə yol ve­­ril­­mə­­mə­­li­­dir;

·        üzüm­­lük­­lər­­də tor­­paq be­­cə­­ri­­lən za­­man is­­ti­­fadə olu­­nan alət­­lər iş qur­­tar­­dıq­­dan son­­ra təmizlənib dezinfeksiya olunmalıdır;

·        üzüm tə­­nək­­lə­­ri­­nin zə­­rər­­ve­­ri­­ciyə da­­vam­­lı­­lı­­ğını ar­­tır­­maq məq­­sə­­dilə sa­­hə­­lər vax­­tın­­da be­­cə­­ril­­mək­­lə, üzvi və mi­­ne­­ral güb­­rə­­lər ilə tə­­min olun­­ma­­lı­­dır;

·        üsüm sahəsinin perimetri boyu cəfəri əkmək lazımdır, cəfərinin iyi fillokseranı uzaqlaşdırır;

·        fillokseranın yarpaq forması əleyhinə tənəklər piretroid, neonikotinoid, fosforüzvi birləşmələr və bioloji pestisidlərlə dərmanlanmalıdırlar.