KOLORADO KARTOF BÖCƏYİ

(Leptinotarsa decemlineata Say.)

Kolorado kartof böcəyi ölkəmizin kartof yetişdirilən əksər bölgələrində yayılmışdır. Kolorado kartof böcəyi Tovuz, Şəmkir, Gədəbəy, Cəlilabad və s. rayonlarında daha geniş yayılaraq, kartof əkinlərinə ciddi ziyan vurur.Kolorado kartof böcəyi badımcançiçəklilər fəsiləsinə mənsub olan kartof, tütün, pomidor, bibər, badımcan və digər mədəni bitkilərlə qidalanmaqla yanaşı, eyni zamanda bənənotu, xamotu, dəlibəng, quşüzümü və s. yabanı bitkilərlə də qidalanır.

 Ko­­lo­­rado kar­­tof böcə­­yi­­nin bə­­dəni şar­­vari-oval for­­mada ol­­maq­­la, uzun­­luğu 9-11 mm ara­­sın­­da də­­yi­­şir, üst tə­­rəfi qır­­mı­­zım­­tıl-sarı rəng­­də­­dir. Al­­t tərəfində üç­­bucağa ox­­şar ləkə var­­dır. Qa­­baq dö­­şün üzə­­rin­­də 11 ədəd qara ləkə var­­dır. Or­­ta­­dakı ləkə bö­­yük olub V hər­­finə bən­­zə­­yir. Qa­­baq qa­­nad­­ları üzə­­rin­­də (hər qa­­nad­­da 5 ədəd) uzu­­nuna ge­­dən qara zo­­laq var­­dır.

Sür­­fə­­lər alt tə­­rəf­­dən yastı, üst tə­­rəf­­dən qa­­ba­­rıq olub, or­­tası yoğun, yağ­­lı ki­­mi­­dir. Bə­­dən­­ləri əv­­vəlcə tünd qır­­mızı, bö­­yü­­dükcə na­­rıncı-qır­­mızı rəng­­də olub, üzə­­rin­­də uzu­­nuna iki cər­­gə ilə dü­­zül­­müş qara nöq­­tə­­lər var­­dır, uzun­­luğu 15-16 mm-dir.Kolorado kartof böcəyinin yetkin fərdləri torpaqda, əsasən 7-12 sm dərinlikdə qışlayırlar. Havanın temperaturu +150 C və yuxarı olduqda böcəklər intensiv olaraq torpağın üst səthinə çıxırlar. Respublikamızda bu hal təqribən aprel ayının ortaları, may ayının əvvəllərində müşahidə olunur. Torpaq üzərinə çıxan böcəklər ətrafdakı bitkilərə keçərək onlarla qidalanır. Böcəklər bir aya qədər qidalanmadan yaşaya bilərlər. Bir böcək bir neçə həftə ərzində 2000-ə qədər yumurta qoya bilir. Hava şəraitindən asılı olaraq, yumurtanın inkişafı 5-15 günə başa çatır və onlardan sürfə çıxır. Sür­­fə in­­ki­­şa­­fını 16-34 gün­­də qur­­ta­­rır, bu müd­­dət­­də üç dəfə qa­­bıq də­­yiş­­mək­­lə, 4 yaş ke­­çi­­rir. Yay mövsümündə inkişafı başa çatmış sürfələr torpağın 5-15 sm dərinliyində pup mərhələsinə keçir. Pup inkişafını 12-21 günə tamamlayır.  Zərərvericinin bir nəsli inkişafını 30-70 günə başa çatdırır. Res­­pub­­li­­ka­­nın düzən ərazilərində zə­­rər­­ve­­rici ildə 3-4 nə­­sil verir. Gə­­də­­bəy ra­­yo­­nun­­da  ko­­lo­­rado  bö­­cəyinin  2 nə­­sldə inkişaf etdiyi müşahidə olunmuşdur.  

Sür­­fə­­lə­­rin bit­­ki­­lər­­lə ilk qi­­da­­lan­­ması yar­­paq­­la­­rın alt tə­­rə­­fin­­dən, yəni yu­­mur­­ta­­dan çıx­­dığı yer­­də baş­­la­­yır. On­­lar yar­­pağı gə­­mi­­rib ki­­çik de­­şik­­lər açır­­lar.  Çox keç­­mə­­dən sür­­fə­­lər qi­­da­­lan­­dığı bit­­kini lütləşdirirlər. Qida ça­­tış­­ma­­dıq­­da axı­­rıncı yaş­­da olan sür­­fə­­lər və yet­­kin fərd­­lər kol­­la­­rın göv­­də­­lə­­rini də gə­­mi­­rirlər, eləcə də zə­­rər­­ve­­rici ya­­xın­­dakı bit­­ki­­lərə keçib, on­­lar­­la qi­­da­­la­­nır.

Sürfə və yetkin fərdlər kartof, pomidor və badımcan sahələrində qidalanaraq məhsuldarlığı aşağı salırlar. Müxtəlif hava şəraitinə uyğunlaşa bildiyinə, sahib bitkiləri müxtəlif olduğuna və daim yeni sahələrə doğru hərəkət etdiyinə görə bitkilərə ciddi zərər vurur.

Yetkin fərdləri  soğanaq, gövdə yumrusu, kök yumrusu, kökümsov gövdə vasitəsilə yayılır.

Mü­­ba­­rizə təd­­bir­­ləri

·        Kolorado kartof böcəyinin yayılmasının qarşısını almaq və onu məhv etmək      məqsədilə aşağıdakı mübarizə tədbirləri sistemi həyata keçirilməlidir:

·       karantin tədbirlıərinə  ciddi əməl olunmalıdır, zə­­rər­­ve­­ri­­ciyə yo­­lu­­xan zo­­na­­lar­­dan əkin və ər­­zaq məq­­sə­­dilə kar­­tof yum­­ru­­la­­rı­­nın da­şın­ması qa­­da­­ğan­­dır, bitki kolorado kartof böcəyindən azad ərazidə əkilməlidir;

·       kartof kollarının zərərvericiyə qarşı davamlılığını artırmaq məqsədilə sahələr vaxtında gübrələnməli, yumşaldılmalı və bitkilərin dibi yaxşı doldurulmalıdır;

·        məh­­sul yı­­ğıl­­dıq­­dan son­­ra sa­­hədə kul­­ti­­va­­siya apa­­rı­­la­­raq, tor­­pa­­ğın üst qa­­tına dü­­şən yum­­ru­­lar top­­lan­­ma­­lı­­dır;

·        məh­­sul yı­­ğı­­mın­­dan 7-10 gün əv­­vəl kar­­tof kol­­ları bi­­çi­­lib sa­­hə­­dən çı­­xa­­rıl­­ma­­lı­­dır;

·        zə­­rər­­ve­­ri­­ci­­nin tor­­paq­­da qış­­la­­yan yet­­kin böcək­­lə­­rini məhv et­­mək məq­­sə­­dilə qu­­şü­­zümü fə­­si­­lə­­sinə mən­­sub olan bit­­ki­­lər al­­tın­­dan çı­­xan sa­­hə­­lər­­də payız-qış döv­­rün­­də də­­rin şum apa­­rıl­­ma­­lı­­dır;

·        zə­­rər­­ve­­rici­­nin fər­­di tə­­sər­­rü­­fat­­lar­­da azal­­ma­­sın­­da  bit­­ki­­lər üzə­­rin­­də gö­­rü­­nən yu­­mur­­ta­­la­­rın əl ilə əzil­­məsi, sür­­fə və böcək­­lə­­rin isə top­­la­­nıb içə­­ri­­sin­­də ağ neft və ya for­­ma­­lin olan qab­­lara tö­­kül­­məsi bö­­yük əhə­­miy­­yət kəsb edir. Bu me­­xa­­niki təd­­bir qu­­şü­­zümü fə­­si­­lə­­sinə mən­­sub olan alaq ot­­ları (xa­­motu, bə­­nə­­kotu, də­­li­­bəng, qu­­şü­­zümü və s.) üzə­­rin­­də də apa­­rıl­­ma­­lı­­dır;

·        zə­­rər­­ve­­riciyə qar­­şı kimyəvi mübarizə zamanı aşa­­ğı­­dakı pes­­ti­­sid­­lər­­dən is­­ti­­fadə olun­­ması məs­­lə­­hət gö­­rü­­lür: sumi-alfa (0,07-0,1 l/ha), ka­­rate(0,1-0,3 l/ha), fas­­tak (0,07-0,1 l/ha), de­­sis (0,3 l/ha), sneyk (0,25-0,3 l/ha) və s. Mü­­ba­­ri­­zə­­nin I və II yaş­­lı sür­­fə­­lərə qar­­şı apa­­rıl­­ması daha sə­­mə­­rə­­li­­dir;

·        ko­­lo­­rado kar­­tof böсə­­yin­­ə qar­şı mübarizədə bi­tok­si­ba­si­lin (2,0-5,0 kq/ha), bikol (2,0-5,0 kq/ha), bo­ve­rin (2,0 kq/ha), fi­toverm (0,3-0,4 l/ha) bio­loji pre­pa­ra­tlarından və Po­di­zus tü­fey­li­sin­dən is­ti­fadə olu­nması tövsiyə olunur.