KOMSTOK YASTICASI

(Pseudococcus comstocki Kuwana)

 

Koms­­tok yas­­tı­­cası po­­li­­faq zərərverici olub, 350 növə qə­­dər müx­­tə­­lif bit­­ki ilə qi­­da­­la­­nır. Tut, üzüm, alma, armud, ərik, şaf­­talı, nar, ye­­mi­­şan, kar­­tof, bibər, yemiş, qar­­pız, çu­­ğun­­dur, yer­­kökü, meşə ağac­­ları və s. mə­­dəni bit­­ki­­ləri zə­­də­­lə­­yir. Res­­pub­­li­­ka­­mız­­da üzüm, nar və tut bit­­ki­­ləri zə­­rər­­ve­­riciyə daha güc­­lü yo­­lu­­xur.

Koms­­tok yas­­tı­­ca­­sı­­nın dişi fərd­­lə­­­ri­­nin bə­­dəni 3-4 mm, yu­­mur­­ta qoy­­duq­­ları dövr­­də isə 5-6 mm ol­­maq­­la, üzəri ağ mu­­ma­­bən­­zər küt­­lə ilə ör­­tül­­müş olur. Bə­­də­­nin kə­­nar­­la­­rın­­da 17 cüt mum­­vari, arxa tə­­rəf­­də isə bə­­də­­nin ya­­rı­­sın­­dan uzun bir  cüt sap­­vari çı­­xın­­tı var­­dır. Ayaq­­ları yax­­şı in­­ki­­şaf et­­miş­­dir. Bığcıq­­ları 8 bu­­ğum­­lu­­dur. Er­­kək fərd­­ləri 1,0-1,5 mm bö­­yük­­lük­­də­­dir, par­­laq qa­­nad­­lı­­dır, bə­­dəni qır­­mı­­zım­­tıl-qəh­­vəyi, göz­­ləri qa­­ra­­dır. Bığcıq­­ları 10 bu­­ğum­­lu­­dur.

Yu­­mur­­ta­­ları 0,3 mm ölçüdə, oval­­şə­­kil­­li olub, sa­­rım­­tıl na­­rın­­cı rəng­­də­­dir. Sür­­fə­­lə­­rin bə­­dəni yet­­kin di­­şi­­lərə ox­­şa­­yır. Üç yaş mər­­hə­­ləsi ke­­çi­­rir, bi­­rinci yaş­­da 0,45 mm, ikinci yaş­­da 1,2 mm, üçüncü yaş­­da isə 1,7 mm bö­­yük­­lük­­də olurlar. 

 

Koms­­tok yas­­tıcası qışı yu­­mur­­ta fa­­za­­sın­­da ağac­­la­­rın qa­­bıq­­ları al­­tın­­da və yar­­paq­­la­­rın­­da, eləcə də xa­­rici mü­­hit­­dən mü­­ha­­fizə olu­­nan ör­­tülü yer­­lər­­də ke­­çi­­rir.Yaz­­da qış­­la­­mış yu­­mur­­ta­­lar­­dan çı­­xan sür­­fə­­lər ca­­van yar­­paq­­la­­rın və zoğ­­la­­rın ət­­ra­­fına bö­­yük ko­­lo­­ni­­ya­­lar ha­­lın­­da top­­la­­şa­­raq on­­la­­rın şi­­rə­­sini sorurlar. Son­­ra­­lar zə­­rər­­ve­­ri­­ci­­nin bö­­yük ko­­lo­­ni­­ya­­ları göv­­də­­lər və bu­­daq­­lar üzə­­rin­­də də əmələ gəlir. Zə­­rər­­ve­­ri­­ci­­nin qış­­la­­mış yu­­mur­­ta­­lar­­dan küt­­ləvi hal­­da çıx­­ması və bit­­ki­­ləri si­­ra­­yət­­lən­­dir­­məsi bi­­zim şərait­­də ap­­rel ayı­­nın ikin­­ci ya­­rı­­sın­­da baş verir. Bu hal tut ağac­­la­­rın­­da tu­­mur­­cuq­­la­­rın qa­­bar­­ması ilə bir vax­­ta düşür.

Bi­­rin­­ci yaş­­da olan sür­­fə­­lər in­­ki­­şa­­fını 12-16 gündə, ikin­­ci yaş­­da -10-20, üçün­­cü yaş­­da isə 8-14 gün­­ə başa vururlar. Be­­lə­­lik­­lə, bir nəs­­lin in­­ki­­şafı təx­­mi­­nən 45-50 gün ər­­zin­­də başa çatır. İq­­lim şərai­­ti ilə əla­­qə­­dar ola­­raq, koms­­tok yas­­tı­­cası ildə 3-4 nə­­sil verir.

Ma­­ya­­lan­­mış dişi fərd­­lər yu­­mur­­ta­­la­­rını bit­­ki­­lə­­rin göv­­də və bu­­daq­­ları üzə­­rin­­dəki qa­­bıq­­lar al­­tına, tor­­pağa və baş­­qa ör­­tülü yer­­lərə qoyurlar. Bir dişi fərd orta he­­sab­­la 300 ədəd yu­­mur­­ta qoyur. Yu­­mur­­ta­­qoy­­ma döv­­rü bir aya qə­­dər da­­vam edir və son­­ra dişi fərd tə­­ləf olur.

Zə­­rər­­ve­­rici əkin ma­­teria­­lı, kənd təsərrüfatı məh­­sul­­ları, su­­var­­ma suyu, in­­ven­­tar, nəq­­liy­­yat  va­­si­­tə­­ləri və baş­­qa yol­­lar­­la ya­­yı­­lır. Zə­­rər­­ve­­rici ipək­­qur­­du­­nun yem­­lən­­di­­ril­­məsi üçün tut (çəkil) ağacı bu­­daq­­la­­rı­­nın  da­­şı­­naraq, is­­ti­­fa­­dəsi za­­manı da in­­ten­­siv ya­­yı­­lır.

Mü­­ba­­rizə təd­­bir­­ləri

·          zə­­rər­­ve­­ri­­ci­­nin ya­­yıl­­ma­­sı­­nın qar­­şı­­sını al­­maq məq­­sə­­dilə da­­xili ka­­ran­­tin təd­­bir­­lə­­rinə ciddi əməl olun­­ma­­lı­­dır;

·          aq­­ro­­tex­­niki təd­­bir ola­­raq ve­­ge­­ta­­siya döv­­rün­­də ağacla­­rın ştamb­­ları ət­­ra­­fın­­da çı­­xan bic zoğ­­lar və alaq ot­­ları məhv edil­­mə­­li­­dir;

·          pa­­yı­­zın sonunda göv­­də və bu­­daq­­lar­­da olan quru qa­­bıq­­lar və tö­­kü­­lən yar­­paq­­lar top­­la­­nıb yan­­dı­­rıl­­ma­­lı­­dır;

·          bio­­loji mü­­ba­­rizə təd­­biri ola­­raq, psev­­da­­fi­­kus tü­­fey­­lisi yastıca ya­­yıl­­mış sa­­hə­­lərə bu­­ra­­xıl­­ma­­lı­­dır;

·          erkən yazda tumurcuqlar açanadək mineral yağ emulsiyaları (Preparat 30 və s.) ilə ağaclar çilənməklə tam isladılmalıdır;

·          kiçik sürfə mərhələsində yastıcalara qarşı kimyəvi mübarizə apardıqda dərmanlamaların səmərəliliyi yüksək olur. Yaşlı fərdlər əleyhinə     dərmanlama aparmaq məqsədəuyğun   deyil;

·          vegetasiya müddətində zərərvericiyə qarşı aşağıdakı tərkibli preparatları növbələşdirməklə istifadə olunmaları məsləhət görülür:

a)  fosfor üzvi birləşmələrdən - dimetoat tərkibli (Poligor, Bi-58 novıy  və s.);

b)  malation tərkibli preparatlardan (Malathion EC, Pufanon 57 EC və s.);

c) neonikotinoid birləşmələrindən - tiametoksam tərkibli (Agrosan SC, Pusula SC və s.); asetamiprid tərkibli (Mostar 20 SP, Mosetam SP, Goldplan 20 SP və s.); imidakloprid tərkibli (Kohinor SC, Confidor SC, İmidagold 350 SC və s.);

d) peritroid birləşmələrindən-deltametrin tərkibli (Desis EC, Dentis EC v s.);

          ·    müntəzəm müşahidələr aparmaqla zə­rər­­ve­­ri­­ci­­yə qar­­şı kim­­yəvi mü­­ba­­ri­­zə­­nin  vax­­tı düzgün müəyyənləşdirilməlidir.