LAĞIMLAYICI SİTRUS GÜVƏSİ

(Phyllocnis­tis cit­rel­la Stain­ton)

 

Azər­bay­can­da ilk dəfə lağım­la­yıcı sit­rus gü­vəsi  1999-cu ildə Lən­kə­ran və As­tara ra­yon­la­rı­nın sit­rus bağ­la­rın­da və hə­yət­yanı sa­hə­lər­də aş­kar olunmuşdur. Son­ra­lar  zə­rər­ve­rici Ma­sal­lı, Göy­çay, Gəncə, Ab­şe­ron ra­yon­la­rı­nın əra­zi­lə­rin­də mü­şa­hidə edil­miş­dir. Bu ra­yon­la­rın təbii iq­lim şərai­ti zə­rər­ve­ri­ci­nin ya­yıl­ması üçün əl­ve­riş­li­dir. Ab­şe­ron və di­gər ra­yon­lar­da isə əl­ve­riş­li şərait ol­ma­dığı üçün yal­nız is­ti­xa­na­lar­da rast gə­li­nir.

 Kə­pə­nə­yin bə­də­ni­nin uzun­luğu 2,1 mm, qa­nad­ları açıl­mış və­ziy­yət­də isə 4,8 mm-dir. Başı gü­müşü ağ rəng­də, göz­ləri qara və qa­ba­rıq­dır. Qa­baq qa­nad­ları gü­müşü-ağ rəng­də, iti uclu yar­pağa bən­zə­yir. Qa­nad­la­rı­nın içəri kün­cün­də iki qara xətt, uc­la­rına ya­xın his­sədə isə iki qara ləkə var. Arxa qa­nad­ları nazik, iy­nə­vari for­ma­da­dır. Qa­rın­cıq gü­müşü ag rəng­də­dir. Dişi fərd­lər er­kək­lər­dən bö­yük olur. Cüt­ləş­mə­dən altı gün son­ra kə­pə­nək­lər ca­van zoğ­la­rın və təzə yar­paq­la­rın üzə­rin­də yu­mur­ta qo­yur­lar. Bir dişi fərd 200-ə qə­dər yu­mur­ta qoyur.

Yu­mur­tası par­laq ağ rəng­də, oval for­mada, 0,27 mm uzun­luq­da­dır.

 Yu­mur­ta­dan təzə çı­xan tır­tıl­lar ya­şıl rəng­də olur. Tır­tıl­lar­da ba­şın alın his­səsi, təq­ribən kvad­rat for­malı qa­ba­rıq, bə­də­nin bi­rin­ci və ikin­ci bu­ğum­ları tam kvad­rat for­malı, quy­ruq his­səsi isə na­zik və iti olur. Ba­şın çox his­səsi sarı, az his­səsi isə qır­mı­zım­tıl-sarı rəng­də­dir. İri yaş­lı tır­tıl­la­rın uzun­luğu 3,6 mm-dir. Tır­tıl­lar yar­pa­ğın orta və kənar his­sə­sin­də pa­ren­xima ilə qi­da­la­na­raq, əyri par­laq yol­lar (lağımlar) açır­lar. Nə­ti­cədə yar­paq­lar­da fo­to­sin­tez pro­sesi zəif­lə­yir və yar­paq­lar vax­tın­dan tez tö­kü­lürlər. Tırtıl inkişafı dövründə 4 yaş keçirir. Pup­laş­ma­dan qa­baq tır­tıl­lar yar­paq­la­rın orta və kənar his­sə­lə­rin­də xır­da çö­kək­lik­lər əmələ gə­ti­rir və bu­rada yuva qu­ra­raq pup­la­şırlar. Bir yar­paq­da 3-5 tır­tıl qi­da­la­na­raq, pup­laşa bilir. Axı­rın­cı nəs­lin pup­laş­ması no­yabr ayı­nın II-III de­ka­da­sına tə­sa­düf edir. Zərərverici istixana şəraitində diapauzaya düşmədən inkişafını davam etdirir.

Pupu uzun­sov for­malı, hər iki tə­rəf­dən na­zik və iti­dir. Əv­vəl açıq, son­ra isə tünd sarı və nə­ha­yət tünd gəh­vəyi rəng­də olur. Qa­rıncı­ğın üst səthində dörd uzun tük­cük olur.

Zə­rər­ve­ri­ci­nin intensiv çoxalması sit­rus bit­ki­lə­rin­də təzə zoğ­la­rın in­ki­şaf et­diyi döv­rə düşür. Dişi fərdlər orta hesabla 45-50 yumurta qoyurlar. Zərərvericinin yay nəsli inkişafını 15-21 günə başa çatdırır. Lağım­la­yıcı sit­rus gü­vəsi il ər­zin­də 4-6 nə­sil verə bilir.

Lağımla­yıcı sit­rus gü­vəsi sit­rus bit­ki­lə­ri­nin ən təh­lü­kəli zə­rər­ve­rici­lərindən biridir. Azər­baycan­da ­rər­ve­rici sit­rus bit­ki­­rinə (na­rin­gi, limon, por­ta­ğal, kin­kan) zi­yan vurur. ­rər­ve­rici ilə si­ra­yət­lən­miş bit­ki­­rin təzə zoğ­la­rın­da əmələ ­lən yar­paq­lar ­­lür son­ra ­­lür, bit­ki in­ki­şafdan qalır, məh­sul­dar­lıq xey­li aşağı düşür. Çin, Ya­po­niya Şri-Lan­kada ­rər­ve­ri­ci­nin vur­duğu zi­yan ­ti­­sin­ ca­van sit­rus bağ­ları ta­ma­milə məhv ol­muş­dur. ­rər­ve­rici si­ra­yət­lən­miş ərazıdən baş­qa ra­yon­lara, əsa­sən əkin ma­teria­ ilə ya­­lır.

­ba­rizə təd­bir­ləri

·    lağım­la­yıcı sit­rus gü­vəsi ya­yıl­mış ra­yon­lar­dan əkin ma­teria­lı­nın da­şın­ma­sına zə­rər­siz­ləş­di­ril­mə apa­rıl­dıq­dan son­ra icazə ve­ril­məli, vax­tın­dan əv­vəl tö­kül­müş yar­paq­lar və quru bu­daq­lar kə­si­lib  yan­dı­rıl­ma­lı­dır;

·      güvə yeni zoğ və yarpaqlar əmələ gəldikdə sürətlə qidalanıb inkişaf etdiyinə görə, artıq zoğ və yarpaqlar qoparılmalıdır;

·       intensiv çoxalma və zərərverməsinin qarşısını almaq üçün, bitkilərin tez-tez suvarılmasına və gübrələnməsinə yol verilməməlidir;

·   lağım­la­yıcı sit­rus gü­vəsi əleyhinə inseqar, Bİ 58 novıy, dimilin, karate zeon, konfidor, aktara və s. insektisidlər səmərəlidirlər. Tırtılları məhv etmək məqsədilə sistem təsirə malik preparatlardan istifadə etmək daha məqsədəuyğundur. Açıq şəraitdə hər nəslə qarşı 2 dərmanlama tövsiyə edilir. İnkişafın intensivliyini və nəsillərin üst-üstə düşmələrini nəzərə alaraq, istixana şəraitində 10-12 gün intervalla dərmanlamalar aparılmalıdır. Dərmanlamalar kəpənəklərin kütləvi uçuşu dövründə aparılmalıdır;

·  erkək kəpənəklərin uçuş dinamikasına nəzarət yapışqanlı və feromonlu tələlər asmaqla həyata keçirilməlidir.