ŞƏRQ MEY­­VƏ­­YE­­YƏNİ

 (Grapholita molesta Busck.)

Şərq meyvəyeyəni daxıli karantin zərərverici olub, çəyirdəkli və tumlu meyvə bitkilərinin əksəriyyətinə zərər verir. Zərərverici şaftalı, heyva və əriyə daha ciddi zərər verir. Naxçıvan MR-də, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala bölgələrində geniş yayılmışdır. Şərq mey­­və­­ye­­yəni kə­­pə­­nək­­lə­­ri­­nin rən­­gi bo­­zum­­tul-qara, bığcıq­­ları sap­­va­­ri­­dir. Ön qa­­nad­­la­­rı­­nın qa­­baq kə­­nar­­la­­rın­­da çə­­pinə ol­­maq­­la, cər­­gə ilə dü­­zül­­müş və dır­­naq işa­­rə­­sini xa­­tır­­la­­dan ağ zo­­laq­­lar var­­dır. Arxa qa­­nad­­ları tünd qəh­­və­­yi­­dir. Kə­­pə­­nək­­lə­­rin bə­­də­­ni­­nin uzun­­luğu 6-7 mm ol­­maq­­la, qa­­nad­­lar açı­­lan za­­man eni 12-14 mm-dir.            Zə­­rər­­ve­­rici­­nin tır­­tıl­­ları qışı sa­­rı­­dığı bərk ba­­rama içə­­ri­­sin­­də ke­­çi­­rirlər. Yaz­­da ha­­va­­nın orta gün­­də­­lik tem­­pe­­ra­­turu +15 də­­rə­­cəyə çat­­dıq­­da tır­­tıl­­lar pup ha­­lına ke­­çir və  6-11 gün­­dən son­­ra on­­lar­­dan kə­­pə­­nək­­lər uç­­mağa baş­­la­­yırlar. Zə­­rər­­ve­­rici yu­­mur­­ta­­la­­rını ən çox ca­­van zoğ­­la­­rın yar­­paq­­la­­rı­­nın alt səthinə qoyur. Yu­­mur­­ta­­la­­rın in­­ki­­şafı 4-8 gün­­ə başa çatır və on­­lar­­dan ye­­nicə çıx­­mış tır­­tıl­­lar zoğ­­la­­rın uc nayihəsindən içəri da­­xil ola­­raq, qi­­da­­lan­­mağa baş­­la­­yırlar. Orta he­­sab­­la bir dişi kəpənək ya­­şa­­dığı müd­­dət ər­­zin­­də 34-40 ədəd yu­­mur­­ta qoyur. Yu­­mur­­ta­­ları oval for­­malı, ağ rəng­­də, ya­­rım­­şəf­­faf, züm­­rüd pa­­rıl­­tı­­lı­­dır. Yu­­mur­­ta da­­xi­­lin­­də rü­­şeym in­­ki­­şaf et­­dik­­cə yu­­mur­­ta təd­­ricən çəh­­rayi rəng alır. Yu­­mur­­ta­­dan ye­­nicə çıx­­mış tır­­tı­­lın bə­­dəni ağ, başı isə qara rəng­­də­­dir. Axı­­rıncı yaş­­da tır­­tıl çirk­­li çəh­­rayi rəng­­də ol­­maq­­la, uzun­­luğu 12 mm-ə çatır.

Yay döv­­rün­­də şərq mey­­və­­ye­­yə­­ni­­nin bir nə­­slinin inkişafı 29-44 günə başa çatır. Zə­­rər­­ve­­rici ildə 5 nə­­sil verir.  Zə­­rər­­ve­­rici uzaq məsafələrə taralar, ting­­lər və mey­­və­­lər va­­si­­tə­­silə ya­­yı­­lır.

Şaftalı, ərik, gavalı, albalı və digər  meyvə ağaclarının zoğ və budaqlarına zərər verməklə, meyvə məhsulunun xeyli aşağı düşməsinə səbəb olur. Zədələn­­­­mə nə­­ti­­cə­­sin­­də əv­­vəlcə zoğ­­lar, yar­­paq­­lar qu­­ru­­yur və ağacın in­­ki­­şafı zəif­­lə­­yir. Tır­­tıl­­la­­rın aç­­dıq­­ları de­­şik­­lər­­dən axan kit­­rə mey­­və­­lə­­rin üs­­tünü örtür, məh­­su­­lun key­­fiy­­yə­­tini pis­­ləş­­di­­rir və məh­­sul­­dar­­lığını aşağı salır.

 

 

Mü­­ba­­rizə təd­­bir­­ləri

·    karantin nəzarəti gücləndirilməli, zə­­­rər­­­ve­­­rici ilə yo­­­lux­­­muş ra­­­yon­­­la­­­rın əra­­­zi­­­sin­­­dən baş­­­qa yer­­­lərə əkin ma­­­teria­­­lı və mey­­­və­­­lə­­­rin gön­­­də­­­ril­­­məsinə yol verilməməlidir;

·    zə­­rər­­ve­­rici mü­­şa­­hidə edi­­lən bağ­­lar­­da ağac­­la­­rın qu­­ru­­muş bu­­daq­­ları və zə­­də­­lən­­miş zoğ­­ları kə­­si­­lib məhv edil­­məli, göv­­də və bu­­daq­­lar­­ üzərində qa­­bıq­­lar, yerə tö­­kül­­müş yar­­paq­­lar və di­­gər bit­­ki qa­­lıq­­ları yan­­dı­­rıl­­ma­­lı­­dır;

·    bağ­­lar­­da ağac­­lar­­dan tö­­kü­­lən mey­­və­­­lə­­rin emal edil­­məsi və qu­­ru­­du­­lub sax­­la­­nıl­­­ması qa­­da­­ğan­­dır. On­­lar təcili olaraq tor­­pa­­­­ğın 50 sm də­­rin­­li­­yinə bas­­dı­­rıl­­a­raq məhv edil­­mə­li­dir;

·    zə­­rər­­ve­­ri­­ci­­nin tor­­paq­­dakı tır­­tıl­­la­­rını və pup­­la­­rını məhv et­­mək məq­­sə­­dilə cər­­gə­­lə­­rin arası şumlanmalı və kultivasiya edilməli, ağac­­la­­rın kök­­­bo­­­ğazı ət­­­rafı bellənməlidir;

·    meyvə saxlanılan binalar və onların ətrafı qalıqlardan (zibildən) müntəzəm surətdə təmizlənib yandırılmalıdır;

·    zə­­­rər­­­ve­­­rici­­­nin pup­­­laş­­­mağa ge­­­dən tır­­­tıl­­­la­­­rını yı­­­ğıb məhv et­­­mək məq­­­sə­­­dilə ağac­­­la­­­rın göv­­­də­­­sinə tu­­­tucu qurşaqlar bağ­­­la­­­nıl­­­ma­­­lı­­­dır;

·     ve­­­ge­­­ta­­­siya döv­­­rün­­­də şərq mey­­­və­­­ye­­­yə­­­nin in­­­ki­­­şaf di­­­na­­­mi­­­ka­­­sını də­­­qiq­­­ləş­­­dir­­­mək məq­­­sə­­­dilə fe­­­ro­­­mon­­­lu tələlərdən is­­­ti­­­fadə olu­­­nur;

·     kim­­yəvi mü­­ba­­rizə za­­manı aşa­­ğı­­dakı pes­­ti­­sid­­lərin birindən is­­ti­­fadə olun­­ması məq­­sədəuy­­ğun­­dur: de­­sis (0,7 l/ha), sumi-alfa (0,5-0,6 l/ha),  ka­­rate (0,3-0,4 l/ha), da­­ni­­tol (1,5 l/ha), in­­se­­qar (0,6 l/ha) və s. Məh­­sul yı­­ğı­­mına 20 ğün qal­­mış pestisidlərin istifadəsi dayandırılmalıdır.