SİT­­RUS AĞ­­QA­­NAD­­LISI

(Dialeurodes citri Ashm.)

Zə­­rər­­ve­­rici respublikanın bir çox bölgələrində, ən çox da As­­tara və Lən­­kə­­ran ra­­yon­­la­­rın­­da mü­­şa­­hidə olu­­nur.

Zə­­rər­­ve­­ri­­ci­­nin yet­­kin fərd­­lə­­ri­­nin bə­­dən­­ləri çox kiçik, 2 mm-ə ya­­xın ol­­maq­­la is­­ti­­xana ağ­­qa­­nad­­lı­­sına ox­­şa­­yır. Bə­­dəni sarı, bə­­zən qır­­mı­­zım­­tıl olub, ək­­sər hal­­da üzə­­rin­­də tut­­qun xır­­da lə­­kə­­ləri, böy­­rək for­­ma­­sın­­da mü­­rək­­kəb göz­­ləri var­­dır. Bığ­­cıq­­ları yed­­di bu­­ğum­­dan iba­­rət­­dir. On­­lar­­dan iki bu­­ğum qısa, son­­ra­­kı­­lar isə sap­­vari, uzun­­sov­­dur, axı­­rın­cı bu­­ğu­­mun so­­nun­­da qıl­­lar olur. Ayaq­­ları uzun, pən­­cəsi iki bu­­ğum­­lu­­dur. Dişi və er­­kək fərd­­lər­­də iki cüt ağım­­tıl rəng­­də zə­­rif qa­­nad­­ları var­­dır. Sa­­kit vaxt­­da qa­­nad­­ları üst tə­­rəf­­dən bə­­dəni ta­­ma­­milə örtür.

Yu­­mur­­ta oval­­vari, sa­­rım­­tıl, çox ki­­çik ol­­du­­ğun­­dan onu yal­­nız bö­­yü­­dücü şüşə al­­tın­­da gör­­mək müm­­kün­­dür. Dişi fərd­­lər yu­­mur­­ta­­la­­rını koma ha­­lın­­da qoyur, hər ko­­mada 200-ə qə­­dər yu­­mur­­ta olur. Yu­­mur­­ta­­lar ək­­sər hal­­da ca­­van yar­­paq­­la­­rın alt səthinə və bə­­zən göv­­də üzə­­rinə qo­­yu­­lur. Ma­­ya­­lan­­mış di­­şi­­lə­­rin qoy­­duq­­ları yu­­mur­­ta­­lar­­dan dişi fərd­­lər, ma­­ya­­lan­­ma­­mış yu­­mur­­ta­­lar­­dan isə er­­kək fərd­­lər çıxır.

Sür­­fə­­lər yas­­tı oval­­varı olub, iki­­bu­­ğum­­lu qısa bıq­­cıq­­ları var­­dır. Ayaq­­ları yax­­şı in­­ki­­şaf et­­di­­yin­­dən asan­­lıq­­la di­­gər bit­­ki­­lərə keçir.

Zə­­rər­­ve­­ri­­ci­­nin III-IV-yaş sür­­fə­­ləri hə­­mi­­şə­­ya­­şıl bit­­ki­­lə­­rin yar­­paq­­la­­rın­­da qış­­la­­yır.  Sür­­fə­­lər yaz­­da in­­ki­­şa­­fını başa çat­­dı­­rır, yet­­kin hala ke­­çir və ca­­van yar­­paq­­la­­rın alt sət­­hinə tək-tək və qrup ha­­lın­­da 60-170 ədəd  yu­­mur­­ta qoyur. Təx­­mi­­nən 6-7 gün­­dən son­­ra yu­­mur­­ta­­lar­­dan sür­­fə­­lər çıxır. On­­lar üç dəfə qa­­bıq də­­yi­­şir və nim­­fa­­lara çev­­ri­­lir. Mü­­hit amil­­lə­­rin­­dən asılı ola­­raq, sür­­fə­­lə­­rin in­­ki­­şafı 25-30, nim­­fa­­la­­rın in­­ki­­şafı isə 15 günə başa çatır. Gür­­cüs­­tan və Azər­­bay­­can şərai­­tin­­də zə­­rər­­ve­­rici ildə 3-4 nə­­sil verir. Ona görə yay möv­­sü­­mün­­də eyni za­­man­­da sit­­rus ağ­­qa­­nad­­lı­­sı­­nın yu­­mur­­ta, sürfə, nim­­fa və yet­­kin fərd­­lə­­rinə rast gə­­li­­nir.Sit­­rus ağ­­qa­­nad­­lısı çox ge­­niş ya­­yıl­­maq­­la bə­­ra­­bər müx­­tə­­lif bit­­ki­­lər he­­sa­­bına qi­­da­­la­­nır və on­­lara xey­­li zi­­yan vurur. Bu bit­­ki­­lər sı­­ra­­sına limon, na­­rin­­gi, por­­ta­­ğal, çay, lu­­qust­­rum (bir göz), dəfnə, xurma, ya­­sə­­mən, qreyp­­frut və di­­gər­­ləri da­­xil­­dir.

Zə­­rər­­ve­­ri­­ci­­nin sür­­fə­­ləri yar­­paq­­la­­rın şi­­rə­­sini sor­­maq­­la on­­la­­rın sa­­ral­­ma­­sına və qıv­­rıl­­ma­­sına sə­­bəb olur, di­­gər tə­­rəf­­dən zə­­rər­­ve­­ri­­ci­­nin şə­­kər­­li if­­ra­­zatı üzə­­rin­də sap­­rotrof gö­­bə­­lək­­lər düşərək bit­­ki­­lər­­də ge­­dən fotosintez pro­­ses­ri­­nin po­­zul­­ma­­sına sə­­bəb olur.

Apa­­rı­­lan mü­­şa­­hi­­də­­lər gös­­tə­­rir  ki, ət­­raf mü­­hi­­tin qısa müd­­dət­­li so­­yu­­ması (-20 C)  zə­­rər­­ve­­ri­­ci­­nin in­­ki­­şa­­fına mən­­fi tə­­sir gös­­tər­­mir. Zə­­rər­­ve­­rici  əkin ma­­teria­­lı  və kü­­lək va­­si­­tə­­silə passiv, bir ağa­cdan di­­gə­­rinə uç­­maq­­la aktiv ya­­yı­­lır.              

­­ba­­rizə təd­­bir­­ləri

·          ka­­ran­­tin təd­­bir­­lə­­rinə ciddi əməl edil­­məli, zə­­rər­­ve­­ri­­ci­­nin ya­­yıl­­dığı mənbələrdən qon­­şu rayonlara ağac ting­­lə­­ri­­nin və qə­­ləm­­lə­­rin apa­­rıl­­ması qa­­da­­ğan edil­­mə­­li­­dir. Ka­­ran­­tin təd­­bir­­lə­­rinə hə­­yət­­yanı tor­­paq sahələrində də əməl et­­mə­­li­­dir;

·          bio­­loji mü­­ba­­rizə təd­­biri ola­­raq, sit­­rus ağ­­qa­­nad­­lısı əley­­hinə 9 növ aşer­­so­­niya gö­­bə­­lə­­yin­­dən is­­ti­­fadə olu­­nur. Bun­­la­­rın içə­­ri­­sin­­də Çin­­dən və Vyet­­nam­­dan gə­­ti­­ril­­miş 2 növ gö­­bə­­lək səmərəliliyinə görə daha yax­­şı nə­­ticə ve­­rir və zə­­rər­­ve­­ri­­ci­­nin 80-98% məhv ol­­ma­­sını tə­­min edir. Hər 2 növ gö­­bə­­lək la­­bo­­ra­­to­­riya şərai­­tin­­də küt­­ləvi ar­­tı­­rı­­lıb sit­­rus ağ­­qa­­nad­­lı­­sına qar­­şı is­­ti­­fadə olun­­malıdır;

·          Aktofit, Aversektin-C və Avertin-N preparatları sitrus ağqanadlısı əleyhinə istifadə olunan səmərəli bioinsektisidlərdir;

·          vegetasiya dövründə zə­­rər­­ve­­rici ilə kütləvi yo­­lux­­muş sit­­rus bit­­ki­­ləri əkinlərində imidakloprid, abamektin, tebufenozid, asetamiprid, tiametoksam,  diflubenzuron və s. tərkibli preparatlardan biri ilə çi­ləmə aparılmalıdır.

·           vegetasiya dövründə sitrus ağqanadlısı əleyhinə aşağıda qeyd olunan insektisidlərlə müvafiq məsarif normalarında çiləmə aparmaq yaxşı səmərə verir: Desis (0,4 l/ha), Bİ-58 noviy ( 2,0 l/ha), Mostar  (0,3kq/ha),  Admiral  (20ml/100 lt suya), Aktellik (200 ml/100 lt suya),  Aktara (80 qr/100 lt suya),  Applaud (100 qr/100 lt suya), Bankol (50qr/100 lt suya), Biotlin (50ml/100 lt suya), Vertimek (50 ml/100 ml suya), İskra (100 qr/100 lt suya), Kinmiks (25 ml/100 lt suya), Komandor (50 ml/ 100 lt suya), Konfidor (20 qr/100 lt suya), Mospilan (40 qr/ 100lt suya), Tanrek (50ml/100 lt suya) və s.