TUT  ÇANAQLI YAS­TI­CASI

Pseudaulacaspis pentagona (Targioni-Tozzetti)

 

Tut çanaqlı yastıcası bərabərqanadlılar dəstəsinin (Homoptera) yastıcalar fəsiləsinə (Diaspididae) mənsub olan zərərvericidir. Azərbaycanda daxili karantin obyektidir. Zə­rər­ve­ri­ci­nin 54 fə­si­ləyə aid olan bit­ki­lər­lə qi­da­lan­ması müəy­yən olun­muş­dur. O, bir sıra de­ko­ra­tiv və mey­və bit­ki­lə­rinə, o cüm­lə­dən tut, şaf­talı, ərik, gilas, qoz, badam, alma, ar­mud və di­gər ağac­lara zi­yan vurur. Ar­tıq 200 növ bit­kidə zə­rər­ve­rici qey­də alın­mış­dır.

 Dişi fər­din bə­dəni oval for­mada, sarı və ya açıq-li­mon rən­gin­də, uzun­luğu 1,0-1,5 mm ol­maq­la, ça­na­ğın al­tın­da yer­lə­şir. Qa­nad­ları və ayaq­ları olmur. Di­şi­lə­rin ça­nağı 1,7-2,8 mm uzun­luq­da, ça­naq­çığı ağ-sa­rım­tıl rəngli, gir­də və yas­tı olur. Ça­na­ğın üs­tün­də sür­fə­lə­rin bi­rin­ci və ikin­ci yaş döv­rün­də biri açıq-sarı, ikin­ci isə tünd-qı­zıl rən­g­də olan qa­bığı qalır.

Er­kək fərd­lə­rin mor­fo­loji xü­su­siy­yət­ləri dişi fərd­lər­dən çox fərq­lə­nir və uzun­luğu 0,5-1,0 mm ol­maq­la par­laq sarı rəng­də bir cüt qa­nad­lara ma­lik­dir. Bir dişi fərd ya­şa­dığı müd­dət­də 100-dən 180-ə qə­dər yu­mur­ta qoya bilir.

Yu­mur­tası oval for­mada ağ, sa­rım­tıl, ya da na­rın­cı rəng­də olur və dişi fər­din bə­də­ni­nin al­tın­da yer­lə­şir.

          Yu­mur­ta­dan çı­xan bi­rinci yaş döv­rün­də olan sür­fə­lər yax­şı in­ki­şaf et­miş 3 cüt ayağa ma­lik olur­lar. On­lar ça­naq­la­rın al­tın­dan çı­xa­raq bit­ki­nin göv­də­sini, bu­daq­la­rını, zoğ­la­rını, yar­paq­la­rını və mey­və­lə­rini zədələyirlər. Bir müddət keçdikdən sonra üzər­lə­rin­də ça­naq əmələ gəlir. Bu za­man sür­fə­lər hə­rə­kət­siz olur və ikin­ci yaş döv­rünə ke­çir­lər. İkin­ci yaş döv­rün­də sür­fə­lər dişi fərd­lərə və er­kək nim­fa­lara bö­lü­nür­lər. Er­kək nim­fa­nın ça­nağı uzun­sov ağ rəng­də­dir, üs­tün­də iki şı­rımı olur, sür­fə­nin qa­bığı onun baş tə­rə­fin­də yer­lə­şir. Dişi fərd­lər, əsa­sən ca­van zoğ­lar­da, er­kək nim­fa­lar isə topa şək­lin­də ağa­cın iri bu­daq­la­rın­da və göv­də­sin­də yı­ğı­lır­lar. 15-20 gün­dən son­ra ikin­ci yaş döv­rü­nün sür­fə­ləri yet­kin dişi və er­kək fərd­lərə çev­ri­lir­lər.

 Yastıca qısa müd­dət­də ağac­lar üzə­rin­də kül­li miq­dar­da top­la­şa­raq ko­lo­ni­ya­lar əmələ gə­ti­rir. Zə­də­lən­mə nə­ti­cə­sin­də ağac­la­rın bu­daq­ları və zoğ­ları qu­ru­yur, yar­paq­ları tö­kü­lür, mey­və­nin key­fiy­yəti aşağı düşür. Bəzi hal­lar­da zə­rər­ve­rici ilə zə­də­lən­miş ca­van ağac­lar ta­ma­milə qu­ru­yur. Ma­ya­lan­mış yet­kin dişi fərd­lər qış­la­maya gedir. Ap­rel ayı­nın II-III de­ka­da­sın­da dişi fərdlər yu­mur­ta qoyur, may ayı­nın əv­və­lin­də yu­mur­ta­dan sür­fə­lər çıxır. Azərbaycanda zə­rər­ve­rici 2-3 nə­sil verir.

 

·        Mü­ba­rizə təd­bir­ləri

·        ilk növ­bədə ka­ran­tin təd­bir­lə­rinə ciddi əməl edil­məlidir;

·        sirayətlənmiş əra­zi­lər­dən ting və ca­laq ma­terial­la­rı­nın apa­rıl­ma­sına qa­dağa qo­yul­malıdır;

·        zə­rər­ve­rici aş­kar edil­miş  ağac­la­rın göv­də və iri bu­daq­la­rı­nın qa­bıq­la­rını pa­yız­da və ya­zın əv­və­lə­rin­də də­mir fırça ilə tə­miz­lə­mək, küt­ləvi hal­da si­ra­yət­lən­miş bu­daq­ları kəs­mək və yan­dır­maq, tö­kü­lən yar­paq­ları və quru bu­daq­ları yı­ğıb yan­dır­maq məs­lə­hət­dir;

·        erkən yazda tumurcuqlar açanadək mineral yağ emulsiyaları (Preparat 30 və s.) ilə ağaclar çilənməlidir;

·        “gəzən sürfə” mərhələsində yastıcalara qarşı dərmanlamaların səmərəliliyi yüksək    olur. Yaşlı fərdlər əleyhinə     dərmanlama məqsədəuyğun   deyil;

·        vegetasiya müddətində zərərvericilərə qarşı aşağıdakı tərkibli preparatları növbələşdirməklə istifadə olunmaları məsləhət görülür:

a)  fosfor üzvi birləşmələrdən - dimetoat tərkibli (Poligor, Bi-58 novıy  və s.);

b)  malation tərkibli preparatlardan (Malathion EC, Pufanon 57 EC və s.);

c) neonikotinoid birləşmələrindən - tiametoksam tərkibli (Agrosan SC, Pusula SC və s.); asetamiprid tərkibli (Mostar 20 SP, Mosetam SP, Goldplan 20 SP və s.); imidakloprid tərkibli (Kohinor SC, Confidor SC, İmidagold 350 SC və s.);

d) peritroid birləşmələrindən-deltametrin tərkibli (Desis EC, Dentis EC v s.); müntəzəm müşahidələr aparmaqla zə­rər­­ve­­ri­­ci­­yə qar­­şı kim­­yəvi mü­­ba­­ri­­zə­­nin  vax­­tı düzgün müəyyənləşdirilməlidir.