Yaponiya çöpvarı çanaqlı yastıcası

 

 

YAPONİYA ÇÖPVARİ ÇANAQLI YASTICASI

(Lopholeucaspis japonica Cockerell)   

Azərbaycanda zərərverici Abşeron yarımadasında, Lənkəran və Astara rayonlarında yayılmışdır, daxili karantin obyektidir.

Sit­­rus və de­­ko­­ra­­tiv bit­­ki­­ləri, həm­­çi­­nin xur­ma, heyva, alma, armud, əncir, ga­­valı ağac­­la­­rını, qı­­­zıl­­­gül, ya­­sə­­mən, çay kol­­la­­rını və s. bit­­ki­­ləri zə­­də­­­lə­­yir.

Ya­­po­­niya çöp­­vari qal­­xan­­lı yas­­tı­­ca­­sı­­nın dişi fər­­di­­nin bə­­də­­ni­­nin uzun­­luğu 1 mm-ə ya­­xın­­dır, ça­­na­­ğı­­nın uzun­­luğu isə 1,6-1,8 mm-dir. Bə­­dəni sarı və ya li­­mon rən­­gin­­də­­dir.

Er­­kək fərd­­lər qa­­nad­­lı­­dır, uzun bığcıq­­ları və bir cüt qa­­nad­­ları var. Ça­­nağı uzun­­sov olub qəh­­vəyi rəng­­də­­dir.

Yu­­mur­­ta oval şə­­kil­­li olub bə­­növ­­şəyi rəng­­də­­dir.

II yaşda olan sür­­fə­­ləri ağac­­la­­rın qa­­bıq və yar­­paq­­la­­rın­­da qış­­la­­yır. Yaz­­da in­­ki­­şaf­­la­­rını da­­vam et­­di­­rə­­rək ma­­yın so­­nuna qə­­dər cin­­si ye­­tiş­­kən­­liyə ça­­tır­­lar. Dişi fərd 35-60 yu­­mur­­ta qoyur, tez­­lik­­lə çı­­xan hərəkətli sür­­fə­­lər bit­­ki­­nin bü­­tün or­­qan­­la­­rına ya­­yı­­lır.

İyul-av­­qust ayın­­da zə­­rər­­ve­­ri­­ci­­nin II nəs­­li in­­ki­­şaf edir. İl ər­­zin­­də 2 nə­­sil verir. Əsa­­sən əkin ma­­teria­­lı və kü­­lək­­lə ya­­yı­­lır.

Sür­­fə və yet­­kin di­­şi­­lər gövdə, zoğ, yar­­paq və mey­­və üzə­­rin­­də yer­­lə­­şə­­rək hü­­cey­­rə şi­­rə­­sini sorur, nə­­ti­­cədə bit­­ki­­lə­­rin in­­ki­­şafı zəif­­lə­­yir, ayrı-ayrı bu­­daq­­ları qu­­ru­­yur, məh­­sul­­dar­­lıq aşağı düşür. Zə­­rər­­ve­­rici küt­­ləvi ar­­tıb ço­­xal­­dıq­­da, hətta ağacı da qu­­ruda bilir.

 

Mü­­ba­­rizə təd­­bir­­ləri 

·    ka­­ran­­tin təd­­bir­­lə­­rinə ciddi əməl edil­­məli, zə­­rər­­ve­­rici ya­­yıl­­mış əra­­zi­­dən di­­gər əra­­zilərə əkin və ca­­laq ma­­teria­­lı­­nın apa­­rıl­­ma­­sına icazə ve­­ril­­mə­­məlidir;

·    payız-qış döv­­rün­­də ağac­­la­­rın göv­­də və bu­­daq­­la­­rı­­nın qa­­lıq­­ları də­­mir fırçalarla qa­­şı­­na­­raq yas­­tı­­ca­­dan tə­­miz­­lən­­məli, quru bu­­daq­­lar kə­­si­­lə­­rək yan­­dı­­rıl­­malıdır;

·      erkən yazda tumurcuqlar açanadək (gecələr temperatur 4oC-dən, orta gündəlik temperatur isə 7,5oC-dən yuxarı olduqda) mineral yağ emulsiyaları (Preparat 30 və s.) ilə ağaclar çilənməlidir. Dərmanlamaya başlamamışdan əvvəl ölü qabıqların, qurumuş və xəstə budaqların toplanaraq yandırılması başlıca şərtlərdəndir. Kiçik damlalar şəklində çilənən məhlulun bütün ağacı və qabıq üzərindəki çatları tam islatması yüksək səmərəlilik əldə etmək üçün vacibdir.  Mineral yağ nazik pərdə kimi gövdə və budaqları örtərək rütubət və hava balansının pozulmasına, son  nəticədə sürfələrin məhvinə səbəb olur;

·   vegetasiya dövründə güclü yoluxma zamanı hər nəslə qarşı iki dəfə - 10 gün ara verməklə çiləmə aparılması yaxşı nəticə verir. Etibarlılığı artırmaq məqsədilə, bəzən 5-6 gün intervalla çiləmələri təkrarlamaq tövsiyə edilir;

·     yastıcalara qarşı kiçik sürfə mərhələsində kimyəvi  mübarizə apardıqda dərmanlamaların səmərəliliyi yüksək olur. Yaşlı fərdlər əleyhinə     dərmanlama məqsədəuyğun   deyil;

·       vegetasiya müddətində zərərvericiyə qarşı aşağıdakı tərkibli preparatları növbələşdirməklə istifadə olunmaları məsləhət görülür:

a)  fosfor üzvi birləşmələrdən - dimetoat tərkibli (Poligor, Bi-58 novıy  və s.);

b)  malation tərkibli preparatlardan (Malathion EC, Pufanon 57 EC və s.);

c) neonikotinoid birləşmələrindən - tiametoksam tərkibli (Agrosan SC, Pusula SC və s.); asetamiprid tərkibli (Mostar 20 SP, Mosetam SP, Goldplan 20 SP və s.); imidakloprid tərkibli (Kohinor SC, Confidor SC, İmidagold 350 SC və s.);

d) peritroid birləşmələrindən-deltametrin tərkibli (Desis EC, Dentis EC v s.);