Yaponiya mumlu yalançı çanaqlı yastıcası

 


YAS­­TI­­CASIYA­­PO­­NİYA MUM­­LU YA­­LAN­­ÇI ÇANAQLI

(Ce­­rop­­las­­tes ja­­po­­ni­­cus Green.)

 

Zə­­rər­­ve­­rici alma, armud, gilas, al­­balı, tut, xurma, fey­­xoa, zoğal, dəfnə, çay, əncir, por­­ta­­ğal, na­­rin­­gi, və s. bit­­ki­­lər­­lə qi­­da­­la­­na­­raq ço­­xa­­lır. Əsa­­sən əkin ma­­teria­­lı ilə ya­­yı­­lır.

Yet­­kin dişi fərd ya­­rım­­kürə şə­­kil­­li olub, uzun­­luğu 5 mm-ə qə­­dər­­dir. Kü­­rək his­­səsi qa­­ba­­rıq, qa­­rıncıq tə­­rəf­­dən yas­­tı­­dır. Dişi fərd­­ləri qa­­nad­­sız­­dır, ayaq­­ları yax­­şı in­­ki­­şaf et­­mə­­di­­yin­­dən adə­­tən qi­­da­­lan­­dığı yerə ya­­pı­­şıb, hə­­rə­­kət­­siz qalır. İf­­raz edi­­lən mu­­ma­­bən­­zər mad­­də bə­­dəni ör­­tə­­rək çanağa­­bən­­zər qın tə­­bə­­qəsi əmələ gə­­ti­­rir. Yaş­­lı dişi fərd­­lə­­rin üzə­­rini ör­­tən mum qatı or­­ta hissədə çəh­­rayı, kə­­nar­­lar­­da nis­­bə­­tən açıq rəng­­də olur. Mum tə­­bə­­qəsi al­­tın­­da yer­­lə­­şən dişi fər­­din bə­­də­­ni­­nin rən­­gi qır­­mı­­zım­­tıl olur.

Qışı ma­­ya­­lan­­mış hal­­da ke­­çi­­rən dişi fərd­­lər ət­­rafa hə­­rə­­kət et­­mə­­dən bit­­kiyə ya­­pış­­dığı yer­­də qa­­rın­­cıq his­­sə­­sini bə­­də­­nin al­­tına sı­­xış­­dı­­rıb yu­­mur­­ta qoyur (təq­­ri­­bən may ayın­­da). Yu­­mur­­ta ­­qoy­­ma pro­­sesi başa çat­­dıq­­da bə­­də­­nin qa­­rın­­cıq his­­səsi yu­­xarı qal­­xıb kü­­rək­­lə bir­­lə­­şir və bu­­nun nə­­ti­­cə­­sin­­də bə­­də­­nin içə­­risi yu­­mur­­ta ilə dolu qo­­vuq şək­­linə düşür. Bir dişi fərd orta he­­sab­­la 400-500 ədəd, bə­­zi­­ləri isə 2500-ə qə­­dər yu­­mur­­ta qoya bilir. Uzun­­luğu 0,5 mm olan yu­­mur­­ta­­lar yu­­mur­­ta ki­­sə­­sinə qo­­yu­­lur.

Ya­­yın or­­ta­­la­­rın­­da qo­­yu­­lan yu­­mur­­ta­­lar­­dan ağım­­tıl, çox mü­­tə­­hər­­rik sür­­fə­­lər çıxır. On­­lar xır­­da və yün­­gül ol­­du­­ğun­­dan kü­­lək va­­si­­tə­­silə ət­­rafa ya­­yı­­lır. Bun­­dan baş­­qa yu­­mur­­ta­­dan ye­­nicə çıx­­mış sür­­fə­­lər çox çe­­vik və yax­­şı hə­­rə­­kə­­tet­­mə qa­­bi­­liy­­yə­­tinə ma­­lik  ol­­duq­­la­­rın­­dan məhv ol­­muş di­­şi­­lərin qınları al­­tın­­dan uzaq­­la­­şıb ət­­raf­­da olan sağ­­lam bit­­ki­­lərə ya­­yı­­lırlar.

Yu­­mur­­ta­­dan çı­­xan er­­kək fərd­­lə­­rin sür­­fə­­ləri bir dəfə qa­­bıq də­­yiş­­dik­­dən son­­ra yet­­kin er­­kək mər­­hə­­lə­­sinə keçir. Er­­kək fərd dişi fər­­də ox­­şa­­mır. Er­­kək fər­­din uç­­mağa qa­­nad­­ları, hə­­rə­­kət üçün ayaq­­ları, göz­­ləri və bığ­­cıq­­ları olur. Dişi fərd­­lər­­də qeyd olunan or­­qan­­lar zəif in­­ki­­şaf et­­miş və funk­­si­­ya­­la­­rını de­­mək olar ki, itir­­miş­­dir. Pa­­yı­­zın əv­­vəl­­lə­­rin­­də yar­­paq tö­­kül­­məz­­dən qabaq, sür­­fə­­lər yar­­paq­­ları tərk edib, ağc­­la­­rın bu­­daq­­ları üzə­­rinə top­­la­­şır. Bu­­daq­­lar bü­­tün­­lük­­lə zə­­rər­­ve­­ri­­ci­­nin koma ha­­lın­­da olan ko­­lo­­ni­­ya­­ları ilə ör­­tül­­müş olur və sür­­fə­­lər in­­ki­­şa­­fını ta­­mam­­la­­yıb yet­­kin mər­­hə­­ləyə keçir. Bu hal sent­­yabr ayın­­da baş verir. Hə­­min müd­­dət­­də də er­­kək­­lər di­­şi­­ləri ma­­ya­­la­­yır və  məhv olurlar. Ma­­ya­­lan­­mış dişi fərd­­lər ya­­pış­­dıq­­ları bu­­daq­­lar üzə­­rin­­də mum­­vari mad­­də­­dən ha­­zır­­la­­dıq­­ları qın­­ları al­­tın­­da qış­­la­­yır. Zə­­rər­­ve­­rici il ər­­zin­­də 1 nə­­sil verir.

Sür­­fə­­lər ən çox yar­­paq­­la­­rın da­­mar­­ları ət­­ra­­fına ya­­pı­­şır və on­­ları de­­şib şi­­rə­­sini sorur, yar­­paq­­la­­rın qu­­ru­­ma­­sına, mey­­və­­lə­­rin tö­­kül­­mə­­sinə və hət­­ta bit­­ki­­nin tam məhv ol­­ma­­sına sə­­bəb olurlar.

Mü­­ba­­rizə təd­­bir­­ləri

·          yayilmanın qarşısını almaq məqsədilə ka­­ran­­tin təd­­bir­­lə­­rinə ciddi əməl edil­­məlidir;

·         bağ­­lar­­da sent­­yabr-okt­­yabr ay­­la­­rın­­da yar­­paq­­lar, qu­­ru­­muş bu­­daq­­lar və bit­­ki qa­­lıq­­ları top­­la­­nıb yan­­dı­­rıl­­ma­­lı­­dır;

·        erkən yazda tumurcuqlar açanadək mineral yağ emulsiyaları (Preparat 30 və s.) ilə ağaclar çilənməlidir;

·        yastıcalara qarşı kiçik sürfə mərhələsində kimyəvi mübarizə apardıqda dərmanlamaların səmərəliliyi yüksək olur. Yaşlı fərdlər əleyhinə dərmanlama məqsədəuyğun   deyil;

·        vegetasiya müddətində zərərvericilərə qarşı aşağıdakı tərkibli preparatları növbələşdirməklə istifadə olunmaları məsləhət görülür:

a)  fosfor üzvi birləşmələrdən - dimetoat tərkibli (Poligor, Bi-58 novıy  və s.);

b)  malation tərkibli preparatlardan (Malathion EC, Pufanon 57 EC və s.);

c) neonikotinoid birləşmələrindən - tiametoksam tərkibli (Agrosan SC, Pusula SC və s.); asetamiprid tərkibli (Mostar 20 SP, Mosetam SP, Goldplan 20 SP və s.); imidakloprid tərkibli (Kohinor SC, Confidor SC, İmidagold 350 SC və s.);

d) peritroid birləşmələrindən-deltametrin tərkibli (Desis EC, Dentis EC v s.);

·          müntəzəm müşahidələr aparmaqla zə­rər­­ve­­ri­­ci­­yə qar­­şı kim­­yəvi mü­­ba­­ri­­zə­­nin  vax­­tı düzgün müəyyənləşdirilməlidir.