Regionlarda ”İribuynuzlu heyvanlarda zoonoz xəstəliklər və peyvəndləmənin əhəmiyyəti" mövzusunda təlim keçiriləcək
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi bölgələrdə fəaliyyət göstərən fermerlərin ehtiyaclarını nəzərə alaraq növbəti təlim təşkil edəcək. Təlim “İribuynuzlu heyvanlarda zoonoz xəstəliklər və peyvəndləmənin əhəmiyyəti” mövzusunda keçiriləcək.
Təlim Beyləqan Regional Təlim Mərkəzinin əməkdaşı, sahə üzrə mütəxəssis Elvin Azəroğlu tərəfindən aparılacaq.
Proqram çərçivəsində iştirakçılara xəstəliklərin yaranma səbəbləri, yayılma yolları, profilaktik tədbirlər və müasir müalicə üsulları barədə ətraflı məlumat veriləcək.
Təlimin əsas məqsədi fermerlərin bilik və bacarıqlarını artırmaq, iribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərin qarşısının alınması ilə yanaşı, zoonoz xəstəliklərin yayılma riskinin azaldılması və epizootik sabitliyin qorunması baxımından təsərrüfatlarda vaxtında peyvəndləmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırmaqdır.
Qeyd edək ki, təlim ödənişsizdir və iştirakçılara proqramın sonunda sertifikat təqdim olunacaq.
Tarix: 30.04.2026
Saat: 11:00
Format: Onlayn
Təlimlərdə iştirak etmək istəyən şəxslər qeydiyyat üçün biodakı linkə daxil ola bilərlər.
https://forms.gle/PRY4U3LcpaF4VYye7
12