Cəlilabadda respublikada taxıl biçini prosesinin mütəşəkkil təşkilinə həsr olunmuş regional müşavirə keçirilib
2025-06-11 17:24:39
Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə taxıl biçininin gedişi, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məlumatlandırma sessiyalarını davam etdirir. Məlumatlandırma sessiyaları çərçivəsində Nazirliyin rəhbər şəxslərinin iştirakı ilə regional müşavirələr təşkil olunur.
Taxıl biçininin gedişatına həsr olunmuş növbəti müşavirə Cəlilabad rayonunda keçirilib. Regional müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Cəlilabad və ətraf rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, “Aqroservis” ASC-nin rəhbər şəxsləri və regional nümayəndəliklərinin, rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirib ki, ölkədə taxılçılığın inkişafı ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas istiqamətlərindən biri kimi nəzərdə tutulur. Bu sahənin inkişafına dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkədə taxılçılıq ildən-ilə inkişaf edir. Cəlilabadın ölkənin ən böyük taxılçılıq rayonlarından biri olduğunu diqqətə çatdıran Rafiq Cəlilov əvvəlki illərdə olduğu kimi bu il də biçin prosesinin mütəşəkkil şəkildə başa çatdırılması lazımi tədbirlərin görüldüyünü bildirib.
Taxıl biçininin mütəşəkkil başa çatdırılması üçün müşavirə iştirakçılarına məlumat verən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov qeyd edib ki, Nazirlik tərəfindən respublikanın bölgələrində taxıl biçininin qısa müddət ərzində, məhsul itkisinə yol verilmədən həyata keçirilməsi, məhsul istehsalçılarının taxılyığan kombaynlarla təmin edilməsi ilə bağlı onlara müvafiq köməkliklərin göstərilməsi üçün bir sıra zəruri tədbirlər hazırlanıb həyata keçirilib. Respublikanın bölgələrində taxıl biçininin mütəşəkkil qaydada və optimal müddətdə biçilib başa çatdırılması üçün “Aqroservis” ASC və digər fiziki və hüquqi şəxslərin balansında olan kombaynların gündəlik dislokasiya planı hazırlanıb, ölkə ərazisində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə regionlarda mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən aidiyyəti qurumların, həmçinin fiziki və hüquqi şəxslərin iştirakı ilə müşavirələr təşkil olunub.
Müşavirədə çıxış edən Nazirliyin yerli qurumlarının rəhbərləri hazırda Cəlilabad, Neftçala və Biləsuvar rayonları üzrə əkin aparılmış 124800 hektar sahənin 27 faizində biçin prosesinin başa çatdığını, hazırda biçin prosesində 256 kombaynın iştirak etdiyini qeyd ediblər. Natiqlər biçin prosesinin optimal müddətdə başa çatıdırlması üçün yerli qurumlar tərəfindən koordinasiyalı fəaliyyətin həyata keçirildiyini vurğulayıblar.
Daha sonra regional müşavirədə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Tədbirdən sonra müşavirə iştirakçıları Cəlilabad rayonunun Üçtəpə kəndində taxıl biçininin gedişi ilə tanış olub, fermerlərlə görüşüblər. Bildirilib ki, cari ildə Cəlilabad rayonu üzrə 60.4 min ha sahədə taxıl əkinləri aparılıb. Əkin sahələrinin 47,0 min hektarı buğda, 13,4 min hektarı arpa sahəsidir. Bu günə kimi 8000 hektar sahədə biçin başa çatıb, sahələrdən 24,7 min ton taxıl yığılıb. Hazırda biçin prtosesinə 90 ədəd kombayn cəlb edilib ki, onlardan 17 ədədi “Aqroservis” ASC-yə, 73 ədədi isə hüquqi və fiziki şəxslərə məxsusdur.
Müşavirə iştirakçıları sahələrdə məhsuldarlığın vəziyyəti ilə əyani tanış olub, məhsulun vaxtında və itkisiz yığılması üçün görülən işlər barədə fermerləri məlumatlandırıblar.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır