Respublika üzrə arpa sahələrinin 42,5%-ində biçin başa çatıb
2025-06-17 15:33:44
Hazırda taxıl biçininə 1415 kombayn cəlb olunub
Respublikanın taxıl zəmilərində biçin davam edir.
İyunun 17-nə olan operativ məlumata əsasən, taxıl sahələrinin 21%-ində biçin başa çatıb. Biçin aparılmış 196 064 hektar sahədən 631 824 ton məhsul yığılıb. Hazırda respublikada taxıl üzrə orta məhsuldarlıq 32,2 sent/ha təşkil edir.
Biçin prosesi əsasən Aran rayonlarının arpa sahələrində aparılır. Bu il respublikada 426 623 hektar sahədə payızlıq arpa əkini həyata keçirilib. Hazırda əkin sahələrinin 42,5%-ində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 32 sent/ha təşkil edir.
Hazırda 43 rayonda arpa biçini gedir. Cəlilabad, Bərdə, Neftçala, Salyan və Yevlax rayonlarında arpa biçini artıq yekunlaşmaq üzrədir. Bu rayonlarda arpa sahələrinin 90%-dən çoxu biçilib. Arpa üzrə ən yüksək məhsuldarlıq Hacıqabul (40 sent/ha), Bərdə (39,4 sent/ha), Sabirabad (38,7 sent/ha) və Salyan (38,4 sent/ha) rayonlarında qeydə alınıb.
Yaxın günlərdə bölgələrdə buğda biçininə start veriləcək.
İyunun 16-da taxıl biçinində 1415 kombayn iştirak edib. Onlardan 579-u “Aqroservis” ASC-nin, 836-sı isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Hazırda ən çox kombayn Cəlilabad (125), Şəki (116), Neftçala (82) və Kürdəmir (78) rayonlarının taxıl sahələrində biçin aparır.
Arpa biçininin yekunlaşmaqda olduğu və yüksək məhsuldarlıq əldə olunan rayonlardan biri də Sabirabad rayonudur. Bu il Sabirabad rayonunda 20 290 hektar sahədə payızlıq taxıl əkini aparılıb: 10 904 hektar sahədə buğda, 9 387 hektar sahədə isə arpa əkilib. Artıq rayon üzrə arpa sahələrinin 70%-ində, taxıl sahələrinin isə 2,3%-ində biçin yekunlaşıb. Arpa üzrə orta məhsuldarlıq 38,7 sent/ha, buğda üzrə isə 43,4 sent/ha təşkil edir.
Biçin prosesinə ümumilikdə 64 kombayn cəlb olunub. Bunlardan 23-ü “Aqroservis” ASC-nin, 41-i isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Biçin növbəlilik prinsipi ilə aparılır. “Aqroservis” ASC tərəfindən tələbata uyğun olaraq biçin aparılmayan bölgələrdən Sabirabad rayonuna kombaynların dislokasiyası həyata keçirilir.
Respublikada taxıl biçininin gedişi ilə bağlı ictimaiyyətin operativ şəkildə məlumatlandırılması davam etdiriləcək.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır