Taxıl zəmilərindən 900 min tondan artıq məhsul yığılıb - OPERATİV MƏLUMAT
2025-06-19 00:00:00
Respublika üzrə arpa sahələrinin 55 faizində biçin yekunlaşıb
Respublikada taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyində biçinin mütəşəkkil təşkilinə dair yaradılmış Operativ Qərargahın məlumatına görə, ölkə üzrə taxıl sahələrinin 30 faizində biçin prosesi başa çatıb. Buğda sahələrinin 8,6 faizi, arpa sahələrinin isə 55,3 faizi biçilib. Buğda üzrə orta məhsuldarlıq 34.7 sent/ha, arpa üzrə orta məhsuldarlıq isə 32 sent/ha təşkil edir. Taxıl üzrə orta məhsuldarlıq göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 sent/ha çoxdur.
Bugünədək sahələrdən 904 min ton məhsul yığılıb. Hazırda respublikanın 50 rayonunda aktiv biçin prosesi gedir. Biçinə 1534 kombayn cəlb olunub. Kombaynlardan 585-i “Aqroservis” ASC-nin, 949-u isə fiziki və hüquqi şəxslərə məxsus texnikalardır.
Artıq Ağdam, Bərdə, Füzuli, Cəlilabad, Lənkəran, Neftçala, Saatlı, Sabirabad, Salyan və Yevlax rayonlarında arpa biçini tam yekunlaşmaq üzrədir. Bu rayonlar üzrə arpa sahələrinin 90 faizindən çoxunda biçin başa çatıb. Bir çox rayonlarda isə arpa biçini ilə paralel buğda biçininə də start verilib. Hazırda ən çox buğda biçini Yevlax (86%) və Masallı (33%) rayonlarında aparılıb.
Qeyd edək ki, biçin prosesi növbəlilik prinsipi əsasında aparılır. Biçin prosesinin başlamadığı rayonlarda olan kombaynlar əvvəlcədən tələbata uyğun olaraq hazırlanmış dislokasiya planı əsasında aktiv biçin bölgələrinə göndərilir. Bu mexanizm kombayna olan tələbatın ödənilməsini, məhsulun vaxtında və itkisiz yığımını təmin edir.
Respublikada gələn həftədən başlayaraq buğda sahələrində kütləvi biçinə start veriləcək. Ümumilikdə biçin prosesinin optimal müddətdə başa çatdırılması proqnozlaşdırılır.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır