Operativ məlumat: Taxıl sahələrinin 58,6 faizi biçilib, sahələrdən 1,85 milyon ton taxıl yığılıb
2025-06-30 00:00:00
14 rayonda arpa biçini, 1 rayonda buğda biçini tam başa çatıb
Respublikada taxıl biçini davam edir.
İyunun 30-na olan operativ məlumata görə, ölkə üzrə taxıl sahələrinin 58,6 faizində biçin başa çatıb.
Bu günədək biçin aparılmış 546 787 hektar sahədən 1 849 872 ton taxıl yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 33,8 sent/ha təşkil edir.
Qeyd edək ki, bu il ölkə üzrə 932 min hektardan artıq sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin 505 696 hektarı buğda, 426 623 hektarı arpa sahələridir. İyunun 30-dək buğda sahələrinin 38,8 faizində, arpa sahələrinin isə 82,2 faizində biçin tam yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 37,2 sent/ha, arpa üzrə isə 32 sent/ha təşkil edir. Hazırda ümumi məhsuldarlıq göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 sent/ha çoxdur.
Artıq 14 rayonda arpa biçini tam başa çatıb, 17 rayonda isə biçin həcmi 90 faizi keçib. Yevlax rayonunda buğda biçininə yekun vurulub, Saatlı, Göyçay, Ağdaş, Bərdə, Masallı və Ucarda isə buğda biçini yekunlaşmaq üzrədir.
Bu günədək buğda və arpa üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb — 55 sent/ha. Samux rayonunda buğda üzrə orta məhsuldarlıq 49,5 sent/ha, Bərdə, İmişli və Sabirabad rayonlarında isə arpa üzrə orta məhsuldarlıq 39,4 sent/ha təşkil edib.
Hazırda zəmilərdə biçin prosesində 1 526 kombayn iştirak edir. Bunlardan 565 ədədi “Aqroservis” ASC-nin, 961 ədədi isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır.
Taxıl biçininin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır