Heyvanlarda mis preparatlarından zəhərlənmə ilə Leptospiroz xəstəliyinin klinik və diaqnostik fərqləri
2025-07-03 00:00:00
Bəzi hallarda heyvanlarda müşahidə olunan sarılıq və sidiyin rənginin tündləşməsi kimi kliniki əlamətlərin müşahidə olunduğu mis preparatları ilə zəhərlənmə leptospiroz kimi tamamilə fərqli etiologiyaya malik xəstəliklə dəyişik salınır.
Bu cür səhv diaqnoz nəticəsində düzgün müalicə və profilaktik tədbirlərin aparılmaması ağır fəsadlara və tələfatlara yol aça bilər. Materialda hər iki patologiyanın etiologiyası, kliniki əlamətləri, diaqnostik yanaşmaları və təfriqi təqdim olunur.
Mis pereparatları ilə zəhərlənmə:
Mis, biogen mikroelement olub, qanyaratma, reproduktiv funksiyalar və bir sıra biokimyəvi proseslərdə mühüm rol oynayır. Yemdə mis çatışmazlığı anemiya, sonsuzluq, dölün sorulması, “yalama” sindromu kimi patologiyalara səbəb ola bilər.
Sutkalıq mis tələbatı:
- İnəklər: 80 mq
- Atlar: 60 mq
- Qoyunlar: 15 mq
Mis həmçinin bitkiçilikdədə lazımlı elementdir, mis birləşmələri geniş spektrli pestisidlərdən olub, əsasən funqisid təsirə malikdirlər. Mis tərkibli preparatlar xarici mühitdə dayanıqlıdır, bioçevrə səviyyələri arasında keçid edə bilər. Torpaqda, su hövzələrində, bitkilərdə və heyvan orqanizmlərində yığılma xüsusiyyətinə malikdir. Heyvanların mis preparatları ilə dərmanlanmış bağlarda və sahələrdə, məsələn üzüm bağlarında otarılması orqanizmə həddən artıq misin daxil olmasına, nəticədə ağır patologiyalara gətirib çıxarır.
Kliniki əlamətlər (zəhərlənmənin gedişi):
- Qoyunlarda: süstlük, iştahsızlıq, ishal, firuzəyi rəngli nəcis, titrəmə, hərəkət pozuntusu
- Yarıkəskin zəhərlənmə formasında selikli qişalarda nəzərəçarpan sarılıq, ümumi halsızlıq və bədən kütləsinin azalması (arıqlama) qeyd olunur
- İri buynuzlularda: zəiflik, burun axıntısı, hemoqlobinuriya, qanda misin miqdarının artması
- Atlarda: Yuxarıda sadalananlarla yanaşı qarın sancısı, qanlı ishal, qıcolmalar, anuriya
- Donuzlarda: qusma, sarılıq, yerişində pozğunluq, sidiyin tündləşməsi
Mis tri-xlorfenolyatla zəhərlənmədə: ağciyər ödemi, süstlük, sinir sistemində pozuntular müşahidə olunur.
Leptospiroz
Bakteriyaların yoluxma yolu:
Leptospira cinsinə aid bakteriyalar nəmlikdə uzun müddət sağ qala bilir. Təbii rezervuar gəmiricilər sayılır. Yoluxma infeksiyalı heyvanın sidiyi, nəcisi, qanı, plasentası ilə təmas və ya çirklənmiş su və torpaq vasitəsilə baş verir. İnsanlara da keçə bilər. Bəzən bu xəstəliyə “su qızdırması” da deyilir.
Kliniki əlamətləri:
- İnkubasiya dövrü: 2–20 gün. Bu müddət ərzində xəstəlik heç bir əlamət göstərməyə də bilər.
- İlk əlamətlər: qızdırma (39–41°C), zəiflik, iştahsızlıq, qusma bəzən öskürək
- Toksik mərhələ: sarılıq (selikli qişaların və dərinin saralması) – qaraciyər zədələnməsinin göstəricisi), oliguriya (Böyrək funksiyasının pozulması: sidiyin azalması) anuriya (sidiyin dayanması), hemoqlobinuriya (sidikdə qan və hemoqlabinin olması), ishal və bəzən qan qarışıqlı nəcis, hərəkət koordinasiyasının pozulması titrəmə, tənəffüs pozuntuları.
Spesifik əlamətlər:
- Qoyun və keçilərdə: ümumi süstlük, iştahın azalması, bəzən abort
- İri buynuzlularda: qızdırma, burun axıntısı, hemoqlobinuriya, zəiflik
- Donuzlarda: qusma, ishal, sarılıq, nevroloji pozuntular
- Atlarda: qarın ağrısı, qıcolmalar, anuriya.
Ağır hallarda selikli qişalarda xoralar, ağciyər ödemi, sinir sistemi pozuntuları və hemorragik sindrom müşahidə olunur. Ağır formada dəri və selikli qişalarda kənarları qeyri-bərabər olan xoralar əmələ gəlir. Süd vəzilərində və əmziklərdə qabarcıqlar yaranır, onlar partlayaraq xoralar əmələ gətirir. Bu xoralar kirli-qəhvəyi rəngli çatlamış qabıqla örtülür. Xüsusilə müalicə edilmədikdə və ya gecikdikdə ölüm halları mümkündür.
Beləliklə:
Hər iki xəstəlikdə oxşar əlamətlər:
- Sarılıq
- Hemoqlobinuriya
- İştahsızlıq
- İshal
- Ümumi zəiflik
Fərqləndirici əlamətlər:
Leptospiroz: qızdırma, hemorragik əlamətlər, dəridə xoralar, daha ağır formada qaraciyər-böyrək zədələnməsi
Mis zəhərlənməsi: qıcolmalar, titrəmə, mərkəzi sinir sisteminin zədələnməsi, bəzi hallarda temperatur normal qalır
Ağciyər ödemi hər iki xəstəlikdə ola bilər, lakin səbəbləri fərqlidir.
Ən dəqiq diaqnoz: laborator müayinələrə əsasən qoyulmalıdır. Lakin ilkin yardım və profilaktika üçün kliniki əlamətlərin düzgün qiymətləndirilməsi vacibdir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır