Bruselyoz təhlükəli zoonoz xəstəlikdir
2025-07-07 00:00:00
Qoyunlar, keçilər, iribuynuzlu heyvanlar, donuzlar, dəvələr bu xəstəliyə həssasdır. Xəstəlik törədici sağlam orqanizmə yem və su vasitəsilə həzm orqanlarının selikli qişasından, gözdən, tənəffüs orqanlarının selikli qişasından, xəstə heyvanların ifraz məhsullarının dəri ilə təmasından keçir.
Heyvandan insana keçir və insanlarda böyük fəsadlar törədir. Xəstə heyvanlardan alınan süd və ət çiy halda insanı yoluxdura bilər. Həmçinin xəstə heyvan südündən hazırlanmış təzə pendir xüsusilə təhlükəlidir. Törədici ətraf mühitə salınmış balalar, balalıq axıntıları, dölətrafı maye, sidik və kal vasitəsi ilə yayılır, süd vəzində mövcudluğunu qoruyaraq 3-9 il ərzində südlə xaric ola bilər. Erkək heyvanlar sperma vasitəsi ilə dişiləri, dişilər isə bətndaxili yoluxma ilə dölü yoluxdura bilir. Heyvanlar örüşdə yoluxa bilər.
Xəstəliyin əlamətləri
- Heyvan yeni yoluxduqda xüsusi əlamətlər müşahidə edilmir. Hərarətin yüksəlməsi, oynaqlarda ağrılar, çox tərləmə, tez gücdən düşmə kimi hallar baş verir;
- Balasalma adətən boğazlığın ikinci yarısında baş verir. Balasalmaya 1-2 gün qalmış yelin və xarici cinsiyyət üzvü şişir. Balasalmadan sonra, ətənənin ləngiməsi, balalığın mürəkkəbləşmiş infeksiyaları baş verir və qısırlıq, mastit yaranır;
- Bəzi heyvanlarda oynaqların, erkəklərdə xayaların iltihabı və şişməsi baş verir.
Müalicə, profilaktika və mübarizə tədbirləri
- Əksər heyvanlarda bruselyoz əlamətsiz və latent keçir, diaqnoz seroloji (qan alınıb yoxlanma) müayinə vasitəsilə qoyulur.
- Balasalma və vaxtından əvvəl doğum baş verdikdə mütləq baytarlıq mütəxəssisləri dəvət edilməlidir. Onun iştirakı ilə xəstə heyvan dərhal təcrid edilməli, diaqnozu dəqiqləşdirmək üçün salınmış baladan və heyvanın qanından laboratoriyaya nümunə göndərilməlidir;
- Bruselyoza yoluxmuş heyvanlar müalicə olunmur. Xəstəliyi təsdiq edilmiş heyvanlar təcrid edilərək, müvafiq qaydalara uyğun olaraq kəsimə göndərilməlidir;
- Müasir peyvəndləmə vasitələri ilə profilaktiki peyvəndləmə aparılmalıdır (göz damcı üsulu);
- Qabaqlayıcı və məcburi dezinfeksiya aparılmalıdır (qabaqlayıcı dezinfeksiya üç aydan bir, xəstəlik baş verdikdə məcburi dezinfeksiya gündəlik aparılır).
- Təsərrüfata yeni gətirilmiş heyvanlar 30 gün karantində saxlanılmalıdır.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır