Qarğıdalı əkinlərində mövsümi tədbirlər
2025-07-08 00:00:00
Hazırda dünyada dənli bitkilər arasında buğdadan sonra ən çox yetişdirilən ikinci bitki qarğıdalı hesab olunur. Bu bitki çoxşaxəli istifadəyə və yüksək məhsuldarlığa malik olmaqla, mühüm dən və yem bitkisidir. Dünya ölkələrində qarğıdalının təxminən 20 %-i ərzaqlıq, 15-20%-i texniki məqsədlər üçün, 60-65%-i isə yem kimi istifadə edilir. Yüksək məhsuldarlığa nail olmaq üçün qarğıdalı bitkisinin becərilməsi zamanı bir sıra məqamlara diqqət edilməlidir. Aqrotexniki qulluq işlərinin və zərərli orqanizmlərə qarşı mübarizə metodlarının düzgün və vaxtında tətbiq olunması hektardan 80-90 sentner və daha çox məhsul əldə etməyə imkan verir. Aqrotexniki tədbirlərin düzgün və vaxtında aparılması qarğıdalı sahələrində xəstəlik, zərərverici və alaq otlarının yayılımasının qarşısını əhəmiyyətli dərəcədə almış olur.
İyun-iyul ayları qarğıdalı bitkisinin inkişafının sürətlə getdiyi dövr hesab olunur. Məhz bu baxımdan, bu dövrdə bitkilərin qida maddələrinə tələbatının daha çox artdığını nəzərə alaraq mərhələli şəkildə yemləmə gübrələrinin verilməsi məqsədəuyğun hesab edilir. Bu dövrdə azot gübrəsinin ümumi normasının 50%-i bitkilər 40-50 sm olduğu zaman kultivasiya ilə birlikdə torpağa 8-10 sm dərinliyə, verilir və suvarma aparılır. Ümumiyyətlə sahədə çıxış alındıqdan sonra qarğıdalı bitkisinin 4 kritik suvarma dövrü vardır:
Qarğıdalı bitkisinin son vegetasiya suvarmalarının şırımla və ya damcı üsulu ilə aparılması daha səmərəlidir. Bitkilərin çiçəkləmə dövründə yağış yağdırma və çiləmə yolu ilə aparılan suvarma zamanı çiçək tozcuqlarının yuyulması və nəticədə mayalanma prosesinin normal getməməsi səbəbindən məhsuldarlıq göstəriciləri aşağı düşə bilər. Həmçinin, bu dövrdə yağış yağdırma və çiləmə yolu ilə aparılan suvarma bir çox xəstəliklərin yayılması üçün də əlverişli şərait yaratmış olur. Odur ki, bu dövrdə suvarmaların şırımla və ya damcı üsulu ilə aparılması məqsədəuyğun hesab edilir.
Qarğıdalı bitkisinin məhsuldarlığına və onun keyfiyyətinə mənfi təsir göstərən amillərdən biri də xəstəlik və zərərvericilərdir. İqlim şəraitindən asılı olaraq müxtəlif bölgələrdə zərərvericilərdən payız sovkası, qarğıdalı və çəmən kəpənəyi, zəlicə böcəyi xəstəliklərdən tozlu və qovuqlu sürmə, gövdə, qıça və dəndə bakterioz, qıçalarda qırmızı sürmə, pas və s. bu dövrdə geniş yayılaraq bitkilərə ciddi ziyan vurur. Bu məqsədlə qeyd olunan zərərvericilərə qarşı təsiredici maddəsi Dimethoathe 400 qr/l (0,7-1,2 l/ha), Deltamethrin 100 qr/l (0,1-0,2 l/ha) və ya Lyamda-syqalotrin 50 qr/l (0,2-0,3 l/ha) olan preparatlardan biri ilə dərmanlama aparılmalıdır. Sahədə hər hansı xəstəliyin ilkin əlamətləri müşahidə edilən bitkilər dərhal çıxarılaraq sahədən kənarlaşdırılmalı, yandırılmalı və yaxud torpağa basdırılmalı, sahə müvafiq fungisidlə dərmanlanmalıdır. Qeyd etmək lazımdır ki, qarğıdalı bitkisinin xəstəliklərinin əksər hissəsi dən (toxum) vasitəsi ilə keçir və buna görə də bitkilərin xəstəliklərə yoluxmasının qarşısının alınmasında toxumların keyfiyyətli dərmanlanması mühüm rola malikdir.
Ölkəmizin əlverişli torpaq-iqlim şəraitinə malik olması, xüsusilə də günəş-enerji balansı bir ildə eyni sahədən iki dəfə məhsul alınmasına imkan verir. Bu baxımdan qarğıdalı təkrar əkin üçün də mühüm bitki sayılır. Torpaq sahələrindən səmərəli istifadə olunması məqsədilə bu dövrdə suvarılan ərazilərdə taxıl biçilmiş sahələrdən təkrar məhsul almaq, əlavə gəlir əldə etmək üçün qarğıdalı əkini aparıla bilər.
Biologiya elmləri üzrə fəlsəfə doktoru: Şükür Əhmədov
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır