Nazir Məcnun Məmmədov Şamaxıda yerləşən heyvandarlıq və şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub
2025-07-14 00:00:00
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şamaxı rayonunda yerləşən heyvandarlıq və şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub.
Səfər çərçivəsində Nazir Məcnun Məmmədov əvvəlcə Şamaxı rayonunun Kəlləxana kəndində yerləşən 150 baş südlük heyvandarlıq fermasına baş çəkib. Nazirə müəssisədə görülən işlər barədə məlumat verilib, istehsal prosesinin daha da təkmilləşdirilməsi, heyvandarlıq və südçülüyün inkişafı, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, istehsalda müasir texnologiyaların tətbiqi, heyvandarlıqda yem təminatı, innovativ yemləndirmənin əhəmiyyəti məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə müəssisənin fəaliyyəti, gələcək inkişaf planları, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, bu sahədə kadr potensialı və onun gücləndirilməsi üçün atılmalı olan addımlar, mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nazir Məcnun Məmmədov Şamaxı rayonunda yerləşən kiçik şərab istehsalçılarının fəaliyyəti ilə tanış olub, rayonun Meysəri və Məlikçoban kəndlərində yerləşən, ev şəraitində şərab istehsalı ilə məşğul olan şərabçılıq təsərrüfatlarına baxış keçirib. Bildirilib ki, ənənəvi üsullarla hazırlanan yerli şərablar ölkəmizin mədəni irsinin, zəhmətin və ustalığın təcəssümüdür. Ənənəvi biliklərin müasir texnologiyalarla sintezi yerli məhsul keyfiyyətinin artırılmasını, ixrac potensialının genişləndirilməsini və aqroturizm imkanlarının möhkəmləndirilməsini və regionların sosial-iqtisadi inkişafını təmin edir. Kiçik şərabçılıq subyektlərinin dəstəklənməsi ölkənin şərabçılıq sektorunun dayanıqlı inkişafında və kənd təsərrüfatının şaxələndirilməsində mühüm əhəmiyyət daşıyır.
Görüşlərdə kiçik şərabçılar tərəfindən istehsal zamanı meydana çıxan çətinliklər, aqroturizmin genişləndirilməsi istiqamətində atılacaq addımlar və bu istiqamətdə hazırda görülən işlər barədə fikir mübadiləsi aparılıb. Kiçik şərab istehsalçılarının dəstəklənməsi istiqamətində araşdırmaların aparıldığı, bu sahənin inkişafının rayonun turizm potensialına töhfə verməklə istehsalçıların rifah halının yüksəlməsində əhəmiyyətli rol oynayacağı qeyd olunub.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır