Naxçıvan Muxtar Respublikasında baytar mütəxəsisslər üçün təlimlər keçirilib
2025-07-17 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Məsud Xatibi və mərkəzin rəis müavini Yusif İbrahimov Naxçıvan Muxtar Respublikasında səfərdə olublar.
AXA əməkdaşları tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Aqrar Xidmətlər Agentliyinin struktur islahatı və strateji inkişafa dəstək” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq və heyvandarlıq sahəsinə məsul əməkdaşlarına, eləcə də fərdi baytarlıq praktikası ilə məşğul olan fiziki şəxslərə təlimlər keçirilib.
Təlimlərdə “Heyvan xəstəlikləri ilə mübarizənin əsas prinsipləri”, “Seromonitorinqin keçirilmə qaydaları” və “Peyvəndləmənin ağız südünün keyfiyyətinə təsiri” mövzuları üzrə ətraflı məlumat verilib.
Sonda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır