Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
2025-07-18 00:00:00
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər çərçivəsində Kəlbəcərdə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
Səfər çərçivəsində nazir əvvəlcə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Nümayəndəliyin əməkdaşları ilə görüşüb. Görüşdə işğaldan azad olunmuş ərazilərdə aqrar fəaliyyətin bərpası və inkişafı, qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köç prosesinin təşkili, bu sahədə cari vəziyyət və monitorinqlərin aparılması, Kəlbəcərdə keçirilməsi nəzərdə tutulan bal festivalının təşkilati məsələləri, aqroturizm təsərrüfatlarının yaradılması məsələləri müzakirə olunub. Səfər çərçivəsində nümayəndə heyəti rayon ərazisində yeni istifadəyə verilmiş arıçılıq məhsullarının satış mağazası və baytarlıq aptekinin fəaliyyəti ilə tanış olublar.
Daha sonra nümayəndə heyəti Kəlbəcərdə yaylaqlara köç etmiş heyvandarlıq və arıçılıq təsərrüfatlarına baş çəkib, yaylaqların ümumi vəziyyəti, heyvanların saxlanma şəraiti, məhsuldarlıq göstəriciləri və baytarlıq tədbirləri ilə maraqlanıblar. Görüşdə iştirak edən fermerlərlə aqrar sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, fermerlər heyvandarlığın inkişafı ilə bağlı fikirlərini bölüşüb, yaylaqlara köçün təşkili ilə bağlı təkliflər irəli sürüblər. Səsləndirilən təkliflər qeydə alınıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır