Salyan rayonunda pambıq sahəsində zərərli orqanizmlərə qarşı bioloji mübarizənin üstünlüklərinə dair tarla seminarı keçirilib
2025-07-18 00:00:00
Salyan rayonunda Dövlət sort sınaq məntəqəsinin pambıq sahəsində zərərli orqanizmlərə qarşı bioloji mübarizənin üstünlüklərinə dair tarla seminarı keçirilib. Seminarda Aqrar Xidmətlər Agentliyinin, Salyan DAİM-in əməkdaşları və bölgə fermerləri iştirak edib. Seminarda Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Məhəmməd Eldarov bioloji mübarizənin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, son dövrlər bitkiləri zərərverici və xəstəliklərdən qorumaq üçün əsasən kimyəvi mübarizə üsulundan istifadə olunur. Kimyəvi mübarizə üsulu çox təsirli ola bilər, lakin bu üsul həm bitkilər, faydalı həşəratlar, quşlar və heyvanlar, həm də ətraf mühit və insan sağlamlığı üçün zərərsiz deyil. Bu baxımdan zərərvericilərə qarşı mübarizədə ekoloji cəhətdən təhlükəsiz və iqtisadi cəhətdən səmərəli hesab edilən bioloji üsuldan istifadə mühüm əhəmiyyət kəsb edir. Ötən ildə 30 min hektar pambıq sahəsində, eləcə də yonca, qarğıdalı, soya səhələrində zərərli orqanizmlərə qarşı mübarizədə trixoqramma tətbiq edilib. Cari ildə də fermer və sahibkarların bioloji mübarizə üsuluna marağı daha da artıb. Eyni zamanda ötən ildən Sabirabad Entomofaqlar istehsal laboratoriyasında trixoqrammanın istehsalına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqlar istehsal sahəsi tərəfindən respublikanın pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə etməklə pambıq sovkasına qarşı mübarizə tədbirləri həyata keçirilir. Tədbirlər davam etdirilir.
Seminarda Ətraf mühit, insan və bitki sağlamlığının qorunması üçün zərərvericilərə qarşı mübarizə zamanı yüksək toksikli pestisidlərdən istifadənin azaldılmasında bioloji mübarizə vasitələrindən istifadənin əhəmiyyəti qeyd edilib. Sonda Dövlət sort sınaq məntəqəsinin pambıq sahələrinə pambıq sovkasına qarşı bioloji mübarizə məqsədilə trixoqramma həşəratı buraxılıb.
Qeyd edək ki, bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqlar istehsal sahəsinin laboratoriyasında çoxaldılır və tarlalara buraxılır. Trixoqramma vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, tərəvəz bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bioloji mübarizədən istifadə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur ki, nəticədə keyfiyyətli və təhlükəsiz məhsul əldə olunur.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır