Qax rayonunda Qəhvəyi mərmər bağacığına qarşı mübarizəyə dair tədbir keçirilib
2025-07-28 00:00:00
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkil olunması məqsədilə Qax rayonunda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən yerli icra nümayəndələri və fermerlərlə görüş keçirilib.
Tədbiri Qax Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elşən Rəcəbov açaraq, bu günə qədər rayonda zərərvericiyə qarşı aparılmış tədbirlər və kəndlərdə fəaliyyət göstərən mobil dəstələrin işi barədə ətraflı məlumat verib.
Görüşdə Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov çıxış edərək ölkə üzrə həyata keçirilən mübarizə tədbirlərindən bəhs edib, bu prosesdə icra nümayəndəlikləri və fermerlərin rolunu xüsusi olaraq vurğulayıb.
Tədbir zamanı Mərkəzin mütəxəssisləri fermerlərə zərərverici, onun yaratdığı iqtisadi zərər və mübarizə üsulları barədə geniş məlumat veriblər. Fermerlərin qarşılaşdığı problemlər dinlənilib, onlara texniki dəstək və metodiki yardımın davamlı olaraq göstəriləcəyi qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2022-ci il tarixli, 819s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”na uyğun olaraq ölkə ərazisində monitorinq və mübarizə tədbirləri davam etdirilir.
2025-ci il ərzində Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları tərəfindən 4267 nöqtədə qışlama yerlərində monitorinqlər aparılıb, 9600 ədəd feromon tələ quraşdırılıb, 117 kütləvi aşkarlanma ocağında isə bütün təhlükəsizlik qaydalarına əməl olunmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Hazırda ölkə üzrə zərərvericinin yayılmasının qarşısını almaq məqsədilə monitorinq, maarifləndirmə və mübarizə tədbirləri ardıcıl şəkildə davam etdirilir.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır