Heyvan sağlamlığı sahəsində müasir yanaşmalar üzrə təlim keçirilib
2025-07-29 12:37:18
Aqrar Xidmətlər Agentliyinin və Almaniyanın qabaqcıl İDEXX şirkətinin distribyutoru olan “VET DIAQNOSTIKA” MMC təşkilatçılığı ilə “Baytarlıq xidmətinin təşkilində müasir metod və yanaşmaların tətbiqi” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi heyvan sağlamlığı sahəsində xidmətlərin təkmilləşdirilməsi və baytarlıq sahəsində qabaqcıl yanaşmaların tətbiqinə dair bilik və bacarıqların artırılmasıdır.
Təlimdə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidməti Mərkəzinin və rayon idarələrinin mütəxəssisləri, özəl sektor nümayəndələri və müvafiq dövlət qurumlarının əməkdaşları iştirak edib.
Tədbirin gündəliyinə uyğun olaraq “Müxtəlif heyvan xəstəlikləri problemi və xəstəliklərin diaqnostik imkanları haqqında məlumat” mövzusunda təqdimat keçirilib, iştirakçılara heyvan xəstəliklərinin yayılma dinamikası, risk faktorları, diaqnostik metodlar və müasir laborator imkanlar barədə ətraflı məlumat verilib.
Təlim zamanı xüsusilə zoonoz və epizootik xəstəliklərin erkən aşkarlanması, sahə və laborator səviyyəsində tətbiq edilən beynəlxalq təcrübələr, eləcə də innovativ diaqnostik yanaşmalar ətrafında müzakirələr aparılıb.
Aqrar Xidmətlər Agentliyi bu kimi maarifləndirici və praktiki təlimlərin davamlı şəkildə keçirilməsini təmin etməklə ölkədə heyvan sağlamlığının qorunması və baytarlıq xidmətlərinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır