Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin mütəxəsissləri üçün beynəlxalq standartlara uyğun təlim keçirilib
2025-07-29 00:00:00
Heyvan sağlamlığının qorunması istiqamətində diaqnostik proseslərin dəqiqliyinin artırılması və laborator təcrübələrin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Aqrar Xidmətlər Agentliyinin və Almaniyanın qabaqcıl İDEXX şirkətinin distribyutoru olan “VET DIAQNOSTIKA” MMC təşkilatçılığı ilə “ELISA/İFA – GLP (Good Laboratory Practice - Yaxşı Laboratoriya Təcrübəsi) və problemlərin aradan qaldırılması” mövzusunda təlim keçirilib.
Təlimdə Agentliyin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin əməkdaşları iştirak edib.
Təlim çərçivəsində iştirakçılara ELISA və İFA analiz metodlarının tətbiqi, nəticələrin interpretasiyası, diaqnostik həssaslıq və spesifiklik prinsipləri izah olunmuş, həmçinin GLP standartlarının tətbiqində əməli nümunələr və düzgün laboratoriya idarəçiliyi üzrə biliklər verilib.
Təlimdə laborator analizlər zamanı qarşıya çıxan texniki problemlərin (troubleshooting) aşkar olunması və onların effektiv şəkildə aradan qaldırılması üzrə müzakirələr aparılıb, real praktiki nümunələr üzərində işlər həyata keçirilib.
Aqrar Xidmətlər Agentliyi laborator işçilərinin bilik və bacarıqlarının artırılmasını prioritet istiqamət kimi müəyyən etmiş və bu istiqamətdə beynəlxalq tələblərə uyğun təlimlərin davamlı keçirilməsini nəzərdə tutur.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır