Qonşu ölkədən çəyirtkə miqrasiyası riskinə qarşı qabaqlayıcı tədbirlər görülür
2025-07-30 00:00:00
Rusiyanın Dağıstan Respublikasının şimalında çəyirtkələrin kütləvi yayılması və bu səbəbdən fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzi gücləndirilmiş iş rejiminə keçib.
Sərhəd boyu ərazilərdə mütəmadi monitorinqlərə başlanılıb. Miqrasiya təhlükəsi nəzərə alınaraq kimyəvi mübarizənin operativ təşkili üçün bütün texnika və avadanlıqlar tam hazır vəziyyətə gətirilib.
Bölgələrdə müşahidə və nəzarət tədbirləri gücləndirilib, yerli qurumlar zəruri dərman preparatları ilə tam şəkildə təmin olunub.
Qeyd edək ki, çəyirtkələr kənd təsərrüfatı bitkiləri üçün ən təhlükəli zərərvericilərdən biridir. Onlar bitkilərin yarpaq və digər orqanlarını kobud şəkildə gəmirərək zədələyir, nəticədə bitkinin inkişafı dayanır və məhsuldarlıq azalır. Çəyirtkələr taxıl, meyvə-tərəvəz, pambıq və digər mədəni bitki əkinlərinə, hətta meyvə ağaclarına ciddi ziyan vururlar.
Hazırda respublika ərazisində çəyirtkələrin, əsasən daha təhlükəli 3 növünə - Mərakeş (Dociostaurus maroccanus Thunb.), Asiya (Locusta migratoria L.) və İtaliya (Caloptenus italicus (Linnaeus)) çəyirtkələrinə rast gəlinir. Mərakeş çəyirtkəsi geniş yayılmış və çoxsaylı növdür.
Cari ilin əvvəlindən ölkə ərazisində çəyirtkələrə qarşı müşahidə və mübarizə tədbirlərinə başlanılıb və bu tədbirlər mövsüm ərzində ardıcıl şəkildə davam etdirilir.
Statistik məlumat
2024-cü il ərzində Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumları tərəfindən:
50,385 hektar sahədə müşahidələr aparılıb;
13,750 hektar sahədə sirayətlənmə aşkar edilib;
8,301 hektar sahədə mübarizə tədbirləri həyata keçirilib.
2025-ci ilin iyul ayına kimi isə:
47,178 hektar sahədə müşahidələr aparılıb;
10,315 hektar sahədə sirayətlənmə qeydə alınıb;
5,100 hektar sahədə kimyəvi mübarizə tədbirləri görülüb.
📣 Əlaqə
Çəyirtkə ilə rastlaşdığınız və ya onların yayılmasından şübhələndiyiniz hallarda dərhal bizimlə əlaqə saxlayın!
📌 Vaxtında məlumat verməyiniz zərərsizləşdirmə tədbirlərinin effektivliyini artırır.
Faydalı məlumatlar və xidmətlərimizdən xəbərdar olmaq üçün rəsmi səhifələrimizi izləyin:
🌐 www.axa.gov.az
✅ YouTube: youtube.com/@aqrarxidmtlragentliyi102
✅ Instagram: instagram.com/axagovaz
✅ Facebook: facebook.com/axagovaz
☎️ 1652
📍 Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi, 7 A
📩 info@axa.gov.az
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır