Xocalı rayon Ballıca kənd sakinlərinə keçirilən təlimlərə yekun vurulub
2025-07-31 15:43:27
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydalarına uyğun olaraq Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Xocalı rayonu Ballıca kəndi sakinlərinin bilik və bacarıqlarının artırılması və innovativ yanaşmaların tətbiq edilməsi məqsədilə keçirilən təlimlərə yekun vurulmuşdur.
Təlimlərdə iştirak edən fermerlərə aşağıdakı modullar üzrə praktiki və nəzəri biliklər ötürülüb:
Bitkiçilik, əkinçilik, tərəvəzçilik və meyvəçilik sahələri;
Kənd təsərrüfatı texnikalarından səmərəli istifadə;
Müasir suvarma sistemləri;
Səmərəli təsərrüfatların təşkili;
Fermerlər üçün dövlət dəstək mexanizmləri;
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi;
İqlim dəyişkənliyinin təsərrüfata təsirləri;
İşğaldan azad olunmuş ərazilərdə davranış qaydaları.
Təlimlərin sonunda yekun qiymətləndirmə aparılıb. Qiymətləndirməni uğurla tamamlayıb bütün modullar üzrə müvəffəqiyyət göstəricisi əldə edən kənd sakinlərinə sertifikatlar təqdim ediləcək.
Növbəti təlimlər və proqramlar haqqında məlumat almaq üçün Aqrar Xidmətlər Agentliyinin rəsmi sosial şəbəkə səhifələrini yaxından izləməyi tövsiyə edirik.
Əlaqə:
Faydalı məlumatlar və xidmətlərimizdən xəbərdar olmaq üçün rəsmi səhifələrimizi izləyin:
🌐 www.axa.gov.az
✅ YouTube: youtube.com/@aqrarxidmtlragentliyi102
✅ Instagram: instagram.com/axagovaz
✅ Facebook: facebook.com/axagovaz
☎️ 1652
📍 Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi, 7 A
📩 info@axa.gov.az
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır