Regional Əlaqələndirmə Mərkəzinin Qəhvəyi mərmər bağacığı ilə mübarizəyə həsr olunmuş növbəti iclası keçirilib
2025-08-01 18:32:36
Regional Əlaqələndirmə Mərkəzinin təşkilatçılığı ilə Şəki və Qazax rayonlarında Qəhvəyi mərmər bağacığına qarşı aparılan mübarizə tədbirləri ilə bağlı növbəti görüşlər baş tutub.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları, “Azərbaycan Dəmir Yolları” QSC, Dövlət Gömrük Komitəsi, yerli icra strukturları və digər müvafiq təşkilatların nümayəndələri iştirak ediblər.
Görüşlərdə zərərvericinin mövcud dinamikası, aparılmış monitorinqlərin nəticələri və yaxın perspektivdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətraflı müzakirə edilmişdir.
Görüşdə AXA-nın sədr müavini Cəfər Məhərrəmov Agentlik tərəfindən bu sahədə həyata keçirilən tədbirlər, aparılan monitorinqlərin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Əvvəlki illərin təhlilləri və təcrübəsi nəzərə alınaraq, xüsusilə yüksək riskli bölgələrdə monitorinqlərin intensivləşdirilməsi, əhalinin maarifləndirilməsi və genişmiqyaslı kompleks fitosanitar tədbirlərin sistemli şəkildə həyata keçirilməsi zərurəti vurğulanmışdır.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır