Bölgələrdə çəyirtkələrə qarşı mübarizə tədbirləri davam etdirilir
2025-08-06 00:00:00
“Zərərin qarşısını almaq üçün erkən müşahidə və mütəşəkkil mübarizə vacibdir.”
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən çəyirtkələrin yayılmasının qarşısının alınması məqsədilə Lerik rayonu ərazisində 567 hektar sahədə müşahidələr aparılıb, 333 hektar sahədə isə mübarizə tədbirləri həyata keçirilib.
Ümumilikdə, 2025-ci ilin yanvar ayından etibarən bu günə qədər ölkə üzrə 49 min hektar sahədə müşahidələr aparılıb. Bu sahələrin 12 min hektarında çəyirtkələrin sirayətlənməsi aşkar edilib və 6 min hektarda mübarizə tədbirləri görülüb.
Ən çox yayılmış ərazilər üzrə göstəricilər aşağıdakı kimidir:
· Ağstafa rayonu – 18 min ha sahədə müşahidə, 595 ha sahədə mübarizə;
· Hacıqabul rayonu – 9 min ha sahədə müşahidə, 2 min ha sahədə mübarizə;
· Qobustan rayonu – 800 ha sahədə müşahidə, 766 ha sahədə mübarizə;
· Şabran rayonu – 950 ha sahədə müşahidə, 266 ha sahədə mübarizə.
Bununla yanaşı, digər rayonlarda da müşahidə və mübarizə tədbirləri ardıcıl şəkildə davam etdirilir.
Qeyd edək ki, hazırda respublika ərazisində çəyirtkələrin əsasən üç növünə rast gəlinir:
· Mərakeş çəyirtkəsi (Dociostaurus maroccanus Thunb.),
· Asiya çəyirtkəsi (Locusta migratoria L.),
· İtaliya çəyirtkəsi (Calliptamus italicus Linnaeus).
Bu zərərvericilər ildə bir nəsil verir və kənd təsərrüfatı bitkiləri üçün ciddi təhlükə yaradır. Bitkilərin yarpaq və digər orqanlarını kobud şəkildə gəmirərək onların məhv olmasına səbəb olurlar. Taxıl, meyvə-tərəvəz, pambıq və digər mədəni bitkilərə, eləcə də meyvə ağaclarına ciddi ziyan vururlar.
Çəyirtkələr sürətlə çoxalır, bir ərazidən digərinə tez miqrasiya edir və digər həşəratlardan fərqli olaraq daha çox qidalanırlar. Bu həşəratlar gündəlik olaraq sürü ilə 30 kilometrə, tək uçduqda isə 250 kilometrdən çox məsafə qət edə bilirlər. Bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal qonşu sahələrə, rayonlara və hətta ölkədənkənar ərazilərə keçə bilirlər.
Məhz bu səbəbdən 2025-ci ilin əvvəlindən etibarən ölkə üzrə müşahidə və mübarizə tədbirlərinə start verilib və bu tədbirlər mövsüm ərzində ardıcıl şəkildə davam etdirilir.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır