Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Samuxdan təhlükəli tullantıların Cəngi Pestisid Poliqonuna daşınmasını təmin edirlər
2025-08-14 15:13:27
Respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planının icrası məqsədilə sistemli işlər görülür.
Planın həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət işçi qruplar yaradılmaqla, 11 rayon üzrə 14 məntəqədən daşınması məqsədəuyğun hesab olunan təhlükəli tullantılara dair kütlə müəyyən edilib. Bu çərçivədə Samux rayonu ərazisində yerləşən keçmiş Kənd Kimya Birliyinin ərazisindən 64 m3 pestisid qalığı ilə çirklənmiş torpaq qatı xüsusi nəqliyyat vasitələri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Cəngi Pestisid Poliqonuna daşınıb.Ümumilikdə proses çərçivəsində keçmiş Kənd Kimya Birliklərindən poliqona respublikanın 11 ərazisində yerləşən 14 məntəqədən 5088 m3 pestisid qalığı ilə çirklənmiş torpaq kütləsinin Cəngi Pestisid Poliqonuna daşınması planlaşdırılır.
Ötən il Ağstafa və Beyləqan rayonlarından ümumilikdə 747 ton istifadəyə yararsız pestisid və həmin maddələrlə bilavasitə qarışaraq çirklənmiş torpaq kütləsi zərərsizləşdirmək məqsədilə xüsusi nəqliyyat vasitəsilə Aqrar Xidmətlər Agentliyinin Cəngi Pestisid Poliqonuna daşınıb.
Təhlükəli maddələrin daşınması prosesinə cəlb olunan Cəngi Pestisid Poliqonunun xüsusi təlim keçmiş əməkdaşlarığının hazırlıq səviyyəsi, texniki avadanlıqların istismara yararlılığı Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən daim nəzarətdə saxlanılır. Təhlükəli tullantıların poliqonda qəbulu zamanı əməkdaşlar əməyin mühafizəsi və təhlükəsiz texnikası qaydalarına əməl olunması məqsədilə xüsusi geyim dəstləri və avadanlıqlarla təmin olunublar.
Qeyd edək ki, SSRİ-nin süqutundan sonra baxımsız vəziyyətdə qalan Kənd Kimya Birlikləri təbiətin və antropagen amillərin təsirindən dağılıb, burada saxlanan kimyəvi maddələr istismara yararsız vəziyyətə düşüb. SSRi dövründə pestisidlər əsasən metal çəlləklərdə saxlanılıb və zamanın təsiri ilə korroziyaya uğrayaraq pestisidlərin torpaqla təmasına şərait yaranıb. Dünyada istifadəsi beynəlxalq hüquq normalarına uyğun olaraq qadağan edilmiş pestisidlərin istifadəyə yararsız vəziyyətə düşmüş qalıqları istər flora və faunanı, istərsə də insan sağlamlığını təhlükə altına alır. Bu məqsədlə istifadəyə yararsız, parçalanmayan üzvi birləşmələr Cəngi Pestisid Poliqonunda saxlanılır və onların ətraf mühitə vurduğu ziyan minimallaşdırılır. Bu səbəbdən tullantıların poliqona daşınması bilavasitə ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır