Qazaxda Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müzakirə olunub
2025-08-20 00:00:00
Qazax rayonunda Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili məqsədilə Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən yerli icra nümayəndələri və fermerlərlə görüş keçirilib. Tədbiri Qazax Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov açaraq rayonda Qəhvəyi mərmər bağacığına qarşı aparılan mübarizə tədbirləri barədə məlumat verib.
AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov iştirakçılara zərərverici, onun təsərrüfata vurduğu iqtisadi ziyan və mübarizə üsulları barədə ətraflı məlumat verib və bu prosesdə icra nümayəndəliklərinin və fermerlərin mühüm rolunu vurğulayıb. Qəhvəvi mərmər bağacığına qarşı mütəmadi olaraq monitorinqlərin və mübarizə tədbirlərinin aparılmasının vacıbliyini bildirib.
Tədbirdə fermerlərin üzləşdiyi çətinliklər dinlənilib, onlara texniki dəstək və metodiki yardımın davamlı göstəriləcəyi bildirilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 30 dekabr 2022-ci il tarixli, 819s nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”na uyğun olaraq, ölkə ərazisində monitorinq və mübarizə tədbirləri davam etdirilir.
Cari il ərzində Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları tərəfindən 4267 nöqtədə qışlama yerlərinin monitorinqi aparılıb, 11161 ədəd feromon tələ quraşdırılıb, 127 kütləvi aşkarlanma ocağında isə təhlükəsizlik qaydalarına uyğun olaraq kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Hazırda zərərvericinin yayılmasının qarşısını almaq məqsədilə ölkə üzrə monitorinq, maarifləndirmə və mübarizə tədbirləri ardıcıl şəkildə davam etdirilir.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır