Aqrar Xidmətlər Agentliyində Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib
2025-08-29 00:00:00
Aqrar Xidmətlər Agentliyində (AXA) Azərbaycanda işgüzar səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüş təşkil olunub.
Görüşdə Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinin Aqrosənaye İnkişafı və Ərzaq Təhlükəsizliyi departamentinin rəhbəri İsroiljon Akramjonoviç Xolmirzayev başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib və təcrübə mübadiləsi aparılıb.
Agentliyin sədr müavini Taleh Zeynalov qonaqları salamlayaraq, Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin son illərdə dinamik inkişaf etdiyini və bu əməkdaşlığın kənd təsərrüfatı sahəsində də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, əməkdaşlıq həm təcrübə mübadiləsinə, həm də yeni bazar imkanlarının formalaşdırılmasına xidmət edir.
Görüş çərçivəsində AXA-nın fəaliyyət istiqamətləri üzrə təqdimatlar keçirilib. Qonaqlara ölkəmizdə bitki və heyvan sağlamlığının qorunması, toxumçuluq, laboratoriya, ekspertiza və sertifikatlaşdırma işləri, eləcə də fermerlərə göstərilən informasiya və məsləhət xidmətləri barədə ətraflı məlumat verilib.
Sonda iki ölkənin müvafiq qurumları arasında toxumçuluq, bitki mühafizəsi və heyvan sağlamlığı sahələrində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır