Qusarda Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müzakirə olunub
2025-09-01 11:18:03
Qusar rayonunda qəhvəyi mərmər bağacığına qarşı mübarizə və qışlama dövrünə hazırlıq mövzusunda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən kənd sakinləri və yerli icra nümayəndələri ilə görüş keçirilib. Görüşdə mərkəzin rəisi Ceyhun İbrahimov çıxış edərək zərərvericinin təsərrüfatlara vurduğu ziyan, iqtisadi təsirləri və ölkə üzrə görülmüş tədbirlər barədə məlumat verib. O, həmçinin qışlama dövründə zərərvericiyə qarşı tətbiq olunacaq mübarizə üsullarını iştirakçılara izah edib.Tədbir zamanı fermerlərin üzləşdiyi çətinliklər dinlənilib, onların sualları cavablandırılıb və mütəmadi olaraq dəstək göstəriləcəyi bildirilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 30 dekabr 2022-ci il tarixli, 819s nömrəli sərəncamı ilə təsdiqlənmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı” çərçivəsində ölkə üzrə monitorinq və mübarizə tədbirləri davam etdirilir.
Cari il ərzində Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları tərəfindən 4267 nöqtədə qışlama yerlərinin monitorinqi aparılıb, 11 888 ədəd feromon tələ quraşdırılıb, 170 kütləvi aşkarlanma ocağında isə təhlükəsizlik qaydalarına uyğun olaraq kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır