Aqrar Təlim Mərkəzi tərəfindən yanvar–avqust ayları ərzində 626 təlim keçirilib.
2025-09-02 10:13:17
2025-ci ilin yanvar–avqust aylarında Aqrar Xidmtələr Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən ölkənin 50 regionunu əhatə edən rayon, qəsəbə və kəndlərdə 626 təlim keçirilib. Bu təlimlərin məqsədi fermerlərin istehsalda müasir və innovativ üsullardan istifadə bacarıqlarını formalaşdırmaq, kənd təsərrüfatı sektorunda davamlı inkişafı dəstəkləmək, məhsuldarlığı və rəqabət qabiliyyətini artırmaq olub. Təlimlərdə ümumilikdə 6000-ə yaxın fermer, sahibkar və kənd təsərrüfatı mütəxəssisi iştirak edib. Təlim mövzuları müxtəlif sahə və istiqamətləri əhatə edib. Təlimlər zamanı iştirakçılar həm nəzəri biliklər, həm də praktik bacarıqlar əldə edib.
Bitkiçilik istiqamətində tərəvəz, bostan, çəltik, pambıq, yem bitkiləri, torpaq analizi, bitki mühafizəsi, gübrələmə, suvarma və digər mövzuları əhatə edən 100 mövzu üzrə 212 təlim təşkil olunub. Heyvandarlıq sahəsində arıçılıq, baramaçılıq, iribuynuzlu və xırdabuynuzlu heyvandarlıq, quşçuluq və baytarlıq-sanitariya tədbirlərini əhatə edən 59 mövzu üzrə 87 təlim keçirilib. Meyvəçilik istiqamətində intensiv bağçılıq, tingçilik, üzümçülük, qərzəkli, sitrus və subtropik meyvəçilik mövzularında 30 mövzu üzrə 44 təlim baş tutub. Eyni zamanda aqrar sahəni əhatə edən maliyyə savadlılığı üzrə 31, qabaqcıl aqrar praktikalar istiqamətində 101, texnikalardan istifadə üzrə 28, müxtəlif özəl və dövlət təşkilatları ilə əməkdaşlıq çərçivəsində isə 28 təlim təşkil edilib.
Həmçinin işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə verilməsi Qaydalarına uyğun olaraq, Mərkəz tərərfindən Zəngilan rayonunun Ağalı və Xocalı rayonunun Ballıca kəndində, ümumilikdı, 95 təlim keçirilib.
Aqrar Təlim Mərkəzi bundan sonra da fermerlərin ehtiyaclarını nəzərə alaraq uyğun proqramlar hazırlamağa, yerli resurslardan səmərəli istifadəyə və kənd təsərrüfatında davamlı inkişafı dəstəkləyən təlimlər təşkil etməyə davam edəcək.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır