Kənd təsərrüfatı texnikalarının qeydiyyatı və texniki baxışı ilə bağlı tədbirlər genişləndirilir
2025-09-03 17:36:00
Respublika ərazisində nasaz texnikaların aşkarlanması və texniki baxışdan yayınan texnikaların texniki baxışa cəlb olunması ilə baglı Aqrar Xidmətlər Agentliyinin texniki nəzarət üzrə mütəxəssisləri tərəfindən monitorinqlər davam edir.
Monitorinqlər nəticəsində müəyyən edilmişdir ki, xeyli sayda texnika dövlət qeydiyyatına alınmamış, texniki baxışdan keçirilməmiş və nasaz vəziyyətdə istifadə edilir.
Bu vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən xüsusi tədbirlər planı hazırlanmışdır. Planın icrası olaraq, ölkənin bütün rayonlarında bu sahədə nəzarəti gücləndirmək məqsədilə genişmiqyaslı monitorinqlərə başlanılmışdır.
Qanunvericiliyin tələbinə əsasən, kənd təsərrüfatı texnikası əldə edildiyi tarixdən etibarən 10 gün müddətində dövlət qeydiyyatına alınmalıdır. Həmçinin, dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı texnikaları avtomobillərdən fərqli olaraq ildə bir dəfə dövlət texniki baxışına təqdim olunmalıdır.
Qeyd edilən tələblərin yerinə yetirilməməsi halında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 340.1-ci maddəsinə əsasən müvafiq inzibati tədbirlər görüləcəkdir.
Hüquqi və fiziki şəxslərə müraciət edərək bildiririk ki, onların mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı texnikası duracaq yerlərindən çıxarılmazdan əvvəl texniki sazlığı yoxlanılmalı, yalnız tam saz vəziyyətdə istifadəyə verilməlidir.
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin əsas prinsipi – “Yol hərəkətində iştirak edən insanların həyat və sağlamlığının, iqtisadi fəaliyyətin nəticələrindən üstün tutulması” müddəasıdır. Gəlin birlikdə məsuliyyətli yanaşma nümayiş etdirərək, texniki cəhətdən saz texnikadan istifadə etməklə həm öz həyatımızı, həm də ətrafımızdakı insanların təhlükəsizliyini qoruyaq.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır