Aqrar Xidmətlər Agentliyi texnika istifadəçilərinə bir daha xəbərdarlıq edir!
2025-09-09 00:00:00
Nasaz texnikalardan istifadə agır yol nəqliyyat hadisələrinə səbəb olur.
Respublika ərazisində nasaz vəziyyətdə olan və texniki baxışdan yayınan kənd təsərrüfatı texnikalarının aşkarlanması və texniki baxışa cəlb olunması məqsədilə Aqrar Xidmətlər Agentliyinin texniki nəzarət üzrə mütəxəssisləri tərəfindən monitorinqlər davam etdirilir.
Aparılan monitorinqlərin nəticələrinə əsasən müəyyən edilmişdir ki, xeyli sayda texnika dövlət qeydiyyatına alınmamış, texniki baxışdan keçirilməmiş və nasaz vəziyyətdə istismar olunmaqdadır.
Mövcud vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən xüsusi tədbirlər planı hazırlanmışdır. Sözügedən planın icrası çərçivəsində ölkənin bütün rayonlarında nəzarətin gücləndirilməsi məqsədilə genişmiqyaslı monitorinqlərə başlanılmışdır.
Hüquqi və fiziki şəxslərə müraciət edərək bildiririk ki, onların mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı texnikası duracaq yerlərindən çıxarılmazdan əvvəl texniki sazlığı yoxlanılmalı, yalnız tam saz vəziyyətdə istifadəyə verilməlidir.
Unutmayaq ki, qanunvericiliyin tələblərinə riayət olunması təhlükəsizliyin təmin olunması və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün əsas şərtdir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır