Xəzər suitisi (Pusa caspica Gmelin, 1788) endemik növdür və Xəzər dənizində yaşayan yeganə dəniz məməlisidir.
2025-09-16 12:30:44
Son 100 ildə Xəzər suitilərinin sayı 1,2 milyondan təqribən 270000 fərdə qədər azalmışdır. XX əsrin əvvələrində Xəzər suitilərinin sayı xəz və piy üçün davamlı ovlanma səbəbindən 90%-dən çox azaldı. 2008-ci ildən bəri növlər IUCN Qırmızı Siyahısında nəsli kəsilməkdə (endangered) olan növ kimi siyahıya alınmışdır. Hazırda suitilərin populyasiyasının sayi 104000-168000 fərd təşkil edir. (İUCN, 2020).
Xəzər suitilərinin orta ömrü 50 il, orta çəkisi 75 kq, bədən uzunluğu isə 160 sm-ə çata bilir. Cinsi yetişkəninliyə 5-7 yaşlarında çatırlar və boğazlıq dövrü təxminən 11 ay davam edir, bundan sonra dişi fərd adətən bir bala doğur.
Xəzər suitilərinin yemini əsasən, kilkə kimi xırda balıq növləri, az sayda xərçəngkimilər təşkil edir. Bu heyvanlar yem axtarmaq üçün 80 m-ə qədər dərinliyə dalma qabiliyyətinə malikdirlər. Onların həssaslığını və Xəzər dənizinin ekosistemindəki mühüm rolunu nəzərə alaraq, Xəzər suitisinin qorunması mühüm mühafizə məsələsidir.
Xəzər suitisi transsərhəd növdür, onun yaşayış yeri bütün Xəzər dənizini və arxipelaqları əhatə edir. Lakin onların hərəkəti yemlənmə və reproduktiv miqrasiyaya görə mövsümi xarakter daşıyır.
Bütövlükdə bu suiti növünü Xəzər dənizinin ekoloji vəziyyətinin və biomüxtəlifliyinin bioindikatoru kimi xarakterizə etmək olar. Onun sağlamlığı və sayı bilavasitə suyun keyfiyyəti, balıqçılıq, ekosistem dəyişiklikləri və antropogen təsirlə bağlıdır.
Təəssüflər olsun ki, bu gün bu növün populyasiyası azalmaqda davam edir və bunun nəticəsində bütün Xəzəryanı ölkələrdə qorunan status alıb. Qeyd edək ki, Azərbaycan Respublikası Xəzər suitilərinin mühafizəsi məsələsini milli səviyyədə qaldıran ilk Xəzəryanı dövlət olub. 2013-cü ildə bu növ Azərbaycanın Qırmızı Kitabının ikinci nəşrinə daxil edilib.
Artan insan təzyiqi Xəzər suitilərinin ənənəvi yaşayış yerlərinin əksəriyyətini tərk etmələrinə səbəb oldu. Nəticədə, bu heyvanların böyük konsentrasiyası getdikcə nadir rastlanılan hala çevrildi.
Xəzər suiti populyasiyasının mühafizəsi məsələsi təcili həllini tələb edən problemdir.
Hazırda suitilər bütün Xəzəryanı ölkələrdə qorunur və onların ovlanması tamamilə qadağandır. Lakin qadağalara baxmayaraq, bəzi ərazilərdə suitilərin ovlanması davam edir.
Suitilərin sayının azalmasında virus və bakterial xəstəliklərin böyük rolu olmuşdur. Virus xəstəlikləri suiti populyasiyalarının dinamikasının tənzimlənməsində, onların artımının məhdudlaşdırılmasında və genetik səviyyədə təbii seçmənin gücləndirilməsində əsas rol oynayır.
Yoluxucu xəstəliklər nəticəsində kütləvi ölüm halları 1997- 1998-ci illərdə Şimali Xəzərdə neft-qaz yataqlarının aktiv işə başlanmasından əvvəl baş verib.
Ən çox ölənlərin sayı 2000-ci ildə olub. Qazaxıstan, Rusiya, daha sonra isə Azərbaycan və Türkmənistan sahillərində 30000-ə yaxın ölü tapılıb. Suitilərin ölümünün əsas səbəbi epizootik vəba olub.
Hər il Xəzər dənizinin şimalında buz sahələrinin ölçüsü azalır ki, bu da Xəzər suitilərinin balalamasını (çoxalmasını), cütləşməsini və dincəlməsini çətinləşdirir.
Bundan əlavə, son 30 ildə Xəzər dənizinin səviyyəsi 2,5 metr aşağı düşüb ki, bu da suitinin özünün istirahət (yataqlar) yerləri və yem ehtiyatı da daxil olmaqla, Şimali Xəzərin akvatoriyasının təxminən üçdə birinin yoxa çıxmasına səbəb olub.
Balıqçılıq və brakonyerliyin Xəzər suitisi populyasiyasına təsiri diqqət və təhlil tələb edən ciddi məsələdir. Xəzəryanı ölkələrin tənzimləyici qurumlarının rəsmi məlumatları qeyri-qanuni balıq ovu və onun bu nadir növ üçün nəticələrinin əhəmiyyətli dərəcədə olduğunu göstərir.
Brakonyerlik nəinki suiti fərdlərinin sayını azaldır, həm də onların kütləvi şəkildə tələf olmasına səbəb olur.
Xəzər suitiləri tez-tez balıq torlarının qurbanı olurlar, orada ilişərək boğulurlar.
Xəzər suitilərinin sayının azalma səbəblərində biri də antropogen amillərdir. Bu azalmaya səbəb olan əsas amillər intensiv ov, xəstəliklər, çoxalma şəraitinin pisləşməsi, iqlim dəyişikliyi və antropogen çirklənmənin təsiridir.
Bütün bunları nəzərə alaraq, aşağıdakı tədbirlərin görülməsi təklif olunur:
-Qanunvericilik və hüquqi mexanizmlərin gücləndirilməsi;
-Mütəmadi olaraq monitorinqlərin aparılması;
-Suitilərin itirilmiş yaşayış sahələrinin bərpası;
-Brakonyerliklə mübarizə tədbirlərinin gücləndirilməsi;
-Təhsil müəssisələrində suitlərin mühafizəsi ilə bağlı layihələrin həyata keçiriliməsi.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır