Aqrar Xidmətlər Agentliyində Türkiyənin Hasvet Medical Group Şirkətinin Bakı nümayəndələri ilə görüş keçirilib
2025-09-16 14:58:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə Türkiyənin Hasvet Medical Group Şirkətinin Bakı nümayəndələri arasında görüş təşkil olunub. Görüşdə həm Agentliyin, həm də şirkətin nümayəndələri iştirak edib.
Görüşün əsas məqsədi baytarlıq xidmətləri sahəsində fəaliyyətin genişləndirilməsi, xidmət proseslərinin keyfiyyətinin artırılması və maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində birgə tədbirlər barədə fikir mübadiləsi aparmaq, eləcə də qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etməkdir.
Müzakirələr zamanı əsas diqqət baytarlıq xidmətlərinin təşkili və göstərilməsində mövcud proseslərin optimallaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, müasir avadanlıqların tətbiqi və laboratoriya imkanlarının artırılması məsələlərinə yönəlib. Həmçinin peşəkar heyətin təlim və inkişaf proqramlarının təşkili, keyfiyyətli xidmətin təmin edilməsi üçün müvafiq standartların tətbiqi, gələcəkdə birgə layihələrin həyata keçirilməsi və səmərəli əməkdaşlıq mexanizmlərinin yaradılması imkanları ətraflı müzakirə olunub.
Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin, təcrübə mübadiləsinin gücləndirilməsinin və sektorda xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində konkret addımların atılmasının vacibliyini vurğulayıb.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır