Nazir Məcnun Məmmədov Monqolustanın Azərbaycandakı səfiri ilə görüşüb
2025-09-18 00:00:00
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Monqolustanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar ilə görüşüb.
Qonağı salamlayan nazir Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib. O bildirib ki, ölkələrimiz etimada, qarşılıqlı hörmətə və davamlı inkişafa əsaslanan əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Nazir qeyd edib ki, bu baxımdan kənd təsərrüfatı sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Monqolustan ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir.
Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, heyvandarlıq sahəsində əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub.
Monqolustanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Tərəflər müzakirə olunan istiqamətlər üzrə qarşılıqlı maraqlı olduqlarını ifadə ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır