Aqrar Xidmətlər Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə tədbir keçirilir
2025-09-18 17:41:00
Aqrar Xidmətlər Agentliyi (AXA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan ofisi İsmayıllıda komanda quruculuğu tədbiri təşkil edir.
Tədbirdə hər iki qurumdan ümumilikdə 40 nəfər iştirak edir. İştirakçılar əməkdaşlıq imkanlarını, fəaliyyət planlarını, qarşıda duran hədəfləri və mövcud çağırışların həlli yollarını müzakirə edirlər.
İnteraktiv sessiyalar, təqdimatlar, qrup müzakirələri və təcrübə mübadiləsi komanda ruhunun gücləndirilməsinə, tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.
Bu təşəbbüs AXA və FAO-nun birgə icra etdiyi “Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatlarına və Strateji İnkişafına Dəstək” layihəsi çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, tədbir sentyabrın 20-dək davam edəcək.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır