Termiki üsulla fumiqasiya (zərərsizləşdirmə) tədbirləri
2025-09-23 12:10:00
Beynəlxalq ticarətdə istifadə olunan taxta qablaşdırma materiallarının (paletlər, altlıqlar, qutular və s.) zərərsizləşdirilməsi İSPM 15 beynəlxalq standartının tələblərinə uyğun şəkildə həyata keçirilməlidir.
Ağacdan hazırlanan materiallar zərərli orqanizmlərlə yoluxa bilər. Çox vaxt qablaşdırmada istifadə edilən ağac emaldan keçmədiyi üçün (yəni zərərli orqanizmlərin məhvinə yönəlmiş tədbirlər görülmədikdə) bu materiallar karantin zərərli orqanizmlərin daşıyıcısı olmaqla onların yayılmasına səbəb ola bilər. Xüsusilə dayaq ağacları bu baxımdan yüksək risk daşıyır.
Taxta qablaşdırma materiallarının tez-tez təkrar istifadəsi, təmiri və ya dəyişdirilməsi onların mənşəyini müəyyənləşdirməyi çətinləşdirir. Bu isə fitosanitar statusun dəqiq qiymətləndirilməsinə və fitosanitar risk təhlilinin aparılmasına mane olur.
Bu səbəbdən qəbul edilən İSPM 15 beynəlxalq standartı taxta qablaşdırma materialları ilə bağlı zərərli orqanizmlərin yayılması riskini əhəmiyyətli dərəcədə azaltmaq məqsədi daşıyır.
Hazırda dünyada taxta materialların zərərsizləşdirilməsi üçün ən çox termiki üsuldan istifadə olunur. Bu üsul zamanı əsas tələb – ağacın bütün qalınlığı boyunca (özək də daxil olmaqla) ən azı 30 dəqiqə ərzində fasiləsiz olaraq minimal 56 °C temperaturda saxlanılmasıdır. Temperaturun ölçülməsi üçün sensorlar ağacın özəyinə yerləşdirilir. Zərərsizləşdirmə prosesindən sonra taxta qablaşdırma materialları İSPM 15 standartının tələbinə uyğun olaraq xüsusi işarə ilə etiketlənir.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır