Göygöl rayonunda Qəhvəyi mərmər bağacığına qarşı mübarizəyə dair tədbir keçirilib
2025-09-29 00:00:00
Göygöl rayonunda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi və Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən qəhvəyi mərmər bağacığına qarşı mübarizə və zərərvericinin qışlama dövrünə hazırlıq mövzusunda tədbir təşkil olunub. Görüşdə bələdiyyə sədrləri və yerli icra nümayəndələri iştirak ediblər.
Tədbiri Göygöl Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Arzu Qocayev açaraq çıxışında kənd təsərrüfatının inkişafında belə görüşlərin əhəmiyyətini vurğulayıb. O, zərərvericiyə qarşı mübarizə tədbirlərində yerli icra strukturları, bələdiyyələr və fermerlərin birgə fəaliyyətinin vacibliyini qeyd edib, mövcud problemlərin həlli istiqamətində əməkdaşlığın gücləndiriləcəyini bildirib.
Mərkəzin rəisi Ceyhun İbrahimov çıxışında zərərvericinin kənd təsərrüfatına vurduğu iqtisadi itkilər barədə ətraflı məlumat verib, həmçinin ölkə üzrə icra edilən tədbirlər barədə danışıb. O, eyni zamanda, qışlama dövründə tətbiq ediləcək mübarizə üsullarını izah edərək, fermerlərin diqqətinə vacib tövsiyələr çatdırıb.
Tədbir zamanı fermerlərin qarşılaşdıqları çətinliklər dinlənilib, onların sualları cavablandırılıb və mütəmadi olaraq dəstəyin davam etdiriləcəyi vurğulanıb.
Qeyd olunub ki, 2025-ci il ərzində Mərkəzin əməkdaşları tərəfindən 4267 nöqtədə qışlama müşahidələri aparılıb, 13079 feromon tələ quraşdırılıb və 450 kütləvi aşkarlanma məntəqəsində təhlükəsizlik qaydalarına əməl olunmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 30 dekabr 2022-ci il tarixli, 819s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”na uyğun olaraq, ölkənin bütün regionlarında monitorinq, maarifləndirmə və mübarizə tədbirləri davam etdirilir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır