Aqrar Xidmətlər Agentliyinin nümayəndə heyəti Naxçıvanda keçirilən forumda iştirak ediblər
2025-09-30 00:00:00
Aqrar Xidmətlər Agentliyinin nümayəndə heyəti və özəl toxumçuluq təsərrüfatlarının nümayəndələri Naxçıvan şəhərində keçirilən “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların Naxçıvan Forumu”nda iştirak ediblər.
Forumda çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın bütün sahələri kimi, aqrar sahənin də dinamik inkişaf etdiyini, bu istiqamətdə dövlət dəstək proqramlarının genişləndirildiyini qeyd edib.
Sərdar Hacıyev vurğulayıb ki, torpaq analizləri aparılmadan qida maddələrinin idarə olunması, bitki xəstəlik və zərərvericiləri düzgün tanınmadan onlarla effektiv mübarizə, toxumun strateji rolunu nəzərə almadan isə yüksək məhsuldarlıq əldə edilməsi mümkün deyil. Qeyd edib ki, aqronomlar bu məsələləri kompleks şəkildə təhlil və idarə etmək bacarığına sahib olmalıdırlar.
Onun sözlərinə görə günün əsas tələblərindən biri bilikli fermerlərin formalaşdırılmasıdır. Bu işdə aqronomların üzərinə xüsusi məsuliyyət düşür. Fermerlər bitkilərə düzgün qulluq zərurətini anlamadan sağlam məhsul yetişdirə bilməzlər. Ona görə də fermer-aqronom əlaqələrinin möhkəmləndirilməsi və aqrar təlimlərin inkişafı bizim üçün prioritet istiqamətlərdəndir.
Agentliyin sədri əlavə edib ki, görülən tədbirlər aqrar sahəyə dövlətin göstərdiyi diqqətin bariz nümunəsidir. Əsas hədəflərdən biri də toxumçuluğun inkişafıdır. Bu məqsədlə ölkədə intensiv fəaliyyətlər həyata keçirilir və toxuma olan tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində mühüm addımlar atılır.
Sədr çıxışında əkin torpaqlarının münbitliyinin qorunmasının vacibliyini qeyd edərək, onların gələcək nəsillərə sağlam şəkildə miras qoyulmasının əhəmiyyətini vurğulayıb.
Forumda geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır