“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib
2025-09-30 12:42:58
İclasda heyvandarlıq sektorunun inkişaf perspektivləri müzakirə edilib
Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına töhfə vermək məqsədilə yaradılan və ölkənin aqrar sektorunun ən iri şirkətlərini birləşdirən “Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, eləcə də müxtəlif şirkət və assosiasiyaların nümayəndələri iştirak ediblər. Tədbirin məqsədi ölkədə heyvandarlıq sektorunun mövcud vəziyyətini təhlil etmək, bu sahədə çağırışların və inkişaf istiqamətlərini müzakirə etmək, dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və sahibkarlar üçün yeni imkanların müəyyənləşdirilməsi olub.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə heyvandarlıq sektorunun strateji əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu sahənin inkişafı ərzaq təhlükəsizliyinin təmin olunması, yerli istehsalın artırılması və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Nazir bildirib ki, dövlət tərəfindən həyata keçirilən proqramlar, subsidiya mexanizmləri, investisiya layihələri və fermerlərə göstərilən dəstək heyvandarlıq sektorunun davamlı inkişafına yönəlib.
Aqrar Məşvərət Şurasının sədri Niyazi Əmirbəyov çıxışında dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin, innovativ yanaşmaların tətbiqinin və beynəlxalq təcrübədən faydalanmanın sektorun inkişafında əsas istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.
Tədbir çərçivəsində kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev “Heyvandarlıq sektorunun inkişafı üzrə dövlət siyasəti: Hədəflər və imkanlar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda heyvandarlıq sahəsinə göstəriləcək dövlət dəstəyi, planlaşdırılan proqramlar və inkişaf hədəfləri barədə məlumat verilib.
Daha sonra “Qoç ət” MMC-nin təsisçisi Sənan Təhməzov “Heyvandarlıq sektorunun inkişafına dair təkliflər” mövzusunda təqdimatla çıxış edib. O, heyvandarlıq sahəsində özəl sektorda mövcud vəziyyət, çətinliklərin həlli yolları və dövlətlə əməkdaşlığın gücləndirilməsi istiqamətində təkliflərini səsləndirib.
Tədbir iştirakçıları heyvandarlıq sektorunun mövcud çağırışları, beynəlxalq təcrübənin tətbiqi imkanları, dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır