İşğaldan azad olunmuş ərazilərdə fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlimlər başa çatıb
2025-10-06 10:55:27
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatının canlandırılması və yerli iqtisadiyyatın bərpası istiqamətində növbəti addımlar atılır. Bu məqsədlə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsinin səmərəli təşkili məqsədilə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən ardıcıl olaraq təlimlər həyata keçirilir.
İlkin mərhələdə Zəngilan rayonunun Ağalı və Xocalı rayonunun Ballıca kəndlərinin sakinləri üçün təşkil edilən təlimlər uğurla başa çatıb. Ümumilikdə 161 kənd sakini proqramı yüksək nəticələrlə tamamlayaraq “Müvəffəqiyyət sertifikatı” əldə edib. Həmin şəxslər kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi prosesində birbaşa üstünlük hüququ qazanırlar. Bu da öz növbəsində sertifikat əldə edən iştirakçılara torpaq resurslarından səmərəli istifadə edərək dayanıqlı təsərrüfatlar qurmaq imkanı yaradır.
Hazırda Xocalı rayonunun Xanyurdu kəndində nəzəri və praktiki təlimlər davam etdirilir. 11 modulu əhatə edən proqram çərçivəsində iştirakçılara müasir əkinçilik üsulları, torpaqlardan düzgün istifadə qaydaları, meyvə bağlarının salınması, müasir suvarma sistemlərinin üstünlükləri, kənd təsərrüfatı texnikalarından səmərəli istifadə, biznes planın hazırlanması və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən (EKTİS) istifadə qaydaları üzrə bilik və bacarıqlar aşılanır. Təlimlərin sonunda qiymətləndirmə imtahanı keçiriləcək və təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
Təşəbbüsün strateji məqsədi işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının innovativ əsaslarla inkişafını təmin etmək, yerli əhalinin davamlı məşğulluğunu dəstəkləmək və fermerlərin müasir tələblərə cavab verən yüksək gəlirli təsərrüfatlar qurmasına şərait yaratmaqdır.
Aqrar Təlim Mərkəzi gələcəkdə bu təcrübəni digər bərpa olunan bölgələrdə də davam etdirməyi planlaşdırır.Bu proses kənd təsərrüfatı torpaqlarının idarəetmə keyfiyyətini artıracaq, kənd sakinlərinə yeni iqtisadi imkanlar açacaq və sahədə innovasiyaların tətbiqini sürətləndirəcək.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır