Bölgələrdə Qəhvəyi Mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir
2025-10-07 12:20:22
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən respublikanın müxtəlif bölgələrində karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə monitorinqlər həyata keçirilib, feromon tələlər quraşdırılıb və mübarizə tədbirləri həyata keçirilib.
Zərərvericiyə qarşı mübarizə tədbirlərinin effektivliyini təmin etmək məqsədilə il ərzində qışlama yerlərinin monitorinqi keçirilib. Zərərvericiyə qarşı mübarizə məqsədilə cari ilin əvvəlindən başlayaraq 51 rayonda 10736 ədəd feromon tələ quraşdırılıb. Aşkarlanmanın sıx olduğu 8 rayonda 2385 ədəd feromon tələ “Cəlb et məhv et ”stansiyası mübarizə məqsədilə quraşdırılmışdır. Monitorinqlər nəticəsində zərərvericinin yetkin fərd və nimfaları əsasən şimal-qərb və qərb bölgələrində quraşdırılmış feromon tələlərdə müşahidə edilmişdir. Sirayətlənmə səviyyəsinin yüksək olduğu ocaqlarda bütün təhlükəsizlik qaydaları nəzərə alınmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Tədbirlər davam etdirilir.
Hazırada QMB qışlama yerlərinə toplaşır. Aqrar Xidmətlər Agentliyinin texniki avadanlıqlarla təmin olunmuş mütəxəssislərdən ibarət qrup Zaqatala və Balakən rayonlarına ezam olunmuşdur. Mübarizə və maarifləndirmə tədbirləri həyata keçirilir. “Tap öldür” kampaniyası çərçivəsində əhali özü də mübarizə tədbirlərində fəal iştirak etməlidir. Zərərvericinin sərhədboyu miqrasiya etmə ehtimalını nəzərə alaraq, sərhəd kəndlərində monitorinq tədbirləri gücləndirilmişdir. Xüsusilə, Balakən, Zaqatala, Qax, Ağstafa, Qazax, Şabran, Qusar, Quba və Xaçmaz rayonlarının sərhəd kəndlərində mütəmadi olaraq monitorinq tədbirləri aparılır və əhalinin maarifləndirilməsi davam etdirilir.
Bildiririk ki, zərərverici aşkar edildikdə süpürgə, tozsoran və digər vasitələrlə onu toplamaq və sonradan məhv etmək lazımdır. Beynəlxalq təcrübə göstərir ki, bu zərərverici ilə mübarizədə aldadıcı tələlər və süni sığınacaq yerlərindən geniş istifadə olunur. Karton və qəzetlə doldurulmuş qutular bağacığın cəmləşməsi üçün effektiv üsuldur. Bu qutular evlərin günəş düşən hissəsində və ya çardaqlarda yerləşdirilməlidir. Unutmayaq ki, qəhvəyi mərmər bağacığı ilə mübarizə hər birimizin ortaq məsuliyyətidir.
Qeyd edək ki, Qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının ən təhlükəli karantin zərərvericilərindən hesab edilir. Məhsuldarlığa ciddi ziyan vura bilir. Polifaq bir zərərvericidir, onun qidalandığı təxminən 300-dən çox fərqli bitki vardır. Zərərverici inkişafı və yayılması üçün əlverişli şərait yarandıqda sürətlə çoxalaraq yayılır. Dişi fərdlər hər birində 25-30 ədəd olmaqla topa şəklində yarpağın alt səthinə yumurta qoyur. Bir dişi fərdi 300-ə qədər yumurta qoya bilir. Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Bunun nəticəsində də meyvələrdə müxtəlif zərərlər əmələ gəlir (dadı pisləşir, üst səthi kələ- kötür olur). Sitrus meyvələri, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qərzəkli bitkilərdə əsasən də fındıqda meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır